Antonio Frilli (? – ölüm 1902) — fərdi və ictimai sifarişçilər üçün mərmər və alebaster heykəllər üzrə ixtisaslaşmış florensiyalı heykəltaraşdır.
Antonio Frilli | |
---|---|
Doğum tarixi | 1830 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | heykəltaraş |
frilligallery.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1860-cı ildə o, Florensiyada ilk və xüsusi Atelyesini qurdu. O, Florensiyada bir neçə köməkçi ilə əzəmətli qəbirstanlıqlar və şəxsi villalar üçün böyük ağ Karrara mərmər və zərif orta ölçülü rənglənmiş alebasterlə işləyirdi. Onun əsərləri Florensiyada Porte Santi və Allori kimi məşhur qəbirstanlıqları bəzəyir.[1] Ölümündən sonra Frilinin mərmər portreti atelyesinə həkk olunub və bu, Cimitero degli Alloridə ailə türbəsinə yerləşdirilib.
Frilli və onun qalereyası Avropada, Amerika Birləşmiş Ştatlarında, Avstraliyada məşhurdur. Buna səbəb onun əsərlərinin dünyada bir çox sərgilərdə iştirak etməsidir. O, 1876-cı ildə Filadelfiyada Yüzillik Sərgidə iştirak edib və 1881-ci ildə onun abidələri və bağ avadanlıqları Avstraliyada, Melburnda İtalyan pavilyonunda nümayiş etdirilib.
1904-cü ildə Frilinin ölümündən iki il sonra onun oğlu Sent-Lüisdə Yüzillik Sərgidə iştirak edib. Burada onun atasının işlərindən biri — ağ Karrara mərmərindən işlənmiş Woman on a Hammock əsəri Qran Pri mükafatını qazanıb və 6 medala layiq görülüb.[2][3] 1999-cu ildə bu şedevr əsər hərracda 800.000 dollara Sotbis korporasiyasına satıldı.[4]