Böyük Toskana hersoqluğu (it. Granducato di Toscana, lat. Magnus Ducatus Etrurıae) — 1569-1859-cu illərdə bəzi aralıqlarda Mərkəzi İtaliyada mövcud olan dövlətdir. Bu dövlət 1569-cu ildə Florensiya hersoqluğunun yerinə qurulmuşdur.[2] Toskana hersoqluğunun paytaxtı Florensiya şəhəridir.
Hersoqluq | |||||
Böyük Toskana hersoqluğu | |||||
---|---|---|---|---|---|
it. Granducato di Toscana lat. Magnus Ducatus Etrurıae | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Florensiya | ||||
Rəsmi dilləri | italyanca | ||||
Əhalisi | 1096641 (1801)[1] | ||||
İdarəetmə forması | monarxiya, mütləq monarxiya | ||||
Böyük hersoq | |||||
• 1569–1574 | I Kozimo (ilk) | ||||
• 1824–1859 | II Leopold (son) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Qurulduğu dövrdə hersoqluğu Mediçilər idarə edirdilər. Böyük Toskana hersoqluğu qurulmamışdan əvvəl həmin ərazidə hökm sürən Florensiya Respublikası (1115-1532) və Florensiya hersoqluğu (1532-1569) ilə müqayisədə tarixdə daha az tanınır.
Böyük Toskana hersoqluğunun ən qüvvətli dövrü Medicilər dövründə olmuşdur. İlk böyük hersoq olan I Kozimo Medici və xələfləri dövründə Florensiya iqtisadi və hərbi cəhətdən mühüm uğurlar əldə etmişdi. Bu inkişaf II Ferdinandinonun dövrünə qədər davam etmişdi. II Ferdinandinonun hakimiyyəti dövründə uzun müddətli iqtisadi geriləmə prosesi başladı. Bu iqtisadi zəifləmə III Cosimo de Medici dövründə ən aşağı səviyyəsinə çatdı. Onun dövründə yeganə uğur Müqəddəs Roma İmperatoru tərəfindən 1691-ci ildə Yüksək Kraliyyət ləqəbinə layiq görülməsi olmuşdur. Mənbələrdə bu fakt alçaldıcı şəkildə qeyd edilir.
1737-ci ildə Medicilər sülaləsində oğlan övlad olmadığı üçün hakimiyyət Habsburg-Lorraine sülaləsinə keçmişdir. Bundan sonra isə böyük hersoqluq Lorenin hersoqu Frans Stefanın əlinə keçmişdir. 1753-cü ilə qədər krallıq belə idarə edilmişdir. 1753-cü ildən sonra isə hakimiyyət Avstriya sülaləsi Habsburqların əlinə keçmişdir.
1797-ci ildə imzalanmış Kampo Formio müqaviləsinə qədər Toskana Müqəddəs Roma imperiyasının vassalı kimi sayılırdısa müqavilədən sonra tamamilə həmin imperiyanın hakimiyyətinə son verildi. 1796-cı ildə bu Böyük Toskana hersoqluğunun Şimali İtaliyadakı əraziləri Fransa Respublikasının işğalı altında idi. 1801-1807-ci illərdə Napoleon Bonapartın rəhbərlik etdiyi Fransa Respublikasının İspaniya krallığı arasında imzalanmış Aranjuez müqaviləsinə əsasən Böyük Toskana hersoqluğuna aid olan ərazilərdə Fransadan asılı Etruriya krallığı qurulmuşdur. Etruriya krallığı Napoleon tərəfindən 1807-ci ildə ləğv edilmişdir və əraziləri Fransaya ilhaq edilmişdir.
1814-cü ildə Napoleon sistemi aradan qaldırıldıqdan sonra Toskana hersoqluğu İtaliyada mühüm bir dövlət kimi yenidən quruldu. Ferdinand, yenidən "böyük hersoq" kimi hakimiyyətə gəldi. Franz Ferdinandın ölümündən sonra isə hakimiyyətə II Leopold gəlmişdir.
1848-ci Florensiyada liberal inqilab başladığı dövrdə II Leopold qarışıqlıqlardan çəkinərək şəhərdən qaçmışdır. Lakin böyük hersoq əks-inqilab nəticəsində, Avstriya ordusunun dəstəyi ilə geri qayıtmışdır.
İtalyanın birləşməsi dövründə 1860-cu ildə Böyük Toskana hersoqluğu süqut etmişdir. Hersoqluğun əraziləri Sardiniya krallığına verilmişdir.