Antonio Nusa

Antonio Eromonsele Nordbi Nusa (17 aprel 2005) — Eliteserien təmsilçilərindən olan "Stabek" klubunda sol cinah hücumçusu kimi çıxış edən peşəkar Norveç futbolçusu.[2]

Antonio Nusa
nyunorsk Antonio Nusa
Ümumi məlumatlar
Tam adı Antonio Eromonsele Nordbi Nusa[1]
Doğum tarixi (18 yaş)
Doğum yeri Lanqhus, Norveç
Vətəndaşlığı
Boyu 1.80
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Norveç Stabek
Nömrəsi 32
Karyerası
Gənclik karyerası
—2017 Norveç Lanqhus
2018—2021 Norveç Stabek
Klub karyerası[* 1]
2021—h.h Norveç Stabek 5 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası[redaktə | mənbəni redaktə et]

Nusa futbolçu karyerasına yerli "Lanqhus" klubunda başlamışdır. 13 yaşı olarkən "Stabek" klubunun akademiyasına qəbul olmuşdur. 2021-ci ilin əvvəlində ona əsas komandada oynamaq üçün şans verilmişdir.[3] Yoldaşlıq oyununlarında qollarla yadda qalan Nusa klub ilə peşəkar müqavilə imzalamışdır.[4] O, Eliteseriendə debütünü 30 may 2021-ci ildə "Rosenborq" klubuna qarşı oyunda etmişdir.[5]

Nusa karyerasında ilk qolunu 27 iyun 2021-ci ildə "Bodo Qlimt" klubuna qarşı oyunda vurmuşdur.[6] Həmin görüşdə klub rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur.[7] 3 gün sonra "Vikinq" klubu ilə keçirilən görüşdə Nusa dublla yadda qalmış[8] və klub rəqibi ilə 3-3 hesabı ilə bərabərliyə razılaşmışdır.[9] 16 yaş 71 günlüyündə qolla yadda qalan Nusa Martin Edeqordan (15 yaş 151 günlük) sonra Eliteseriendə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.[10]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Nusa Norveçdə anadan olmuşdur.[11] Atası isə Nigeriya vətəndaşıdır.[12] Atası Con Nusa 2-ci diviziya klublarından olan "Follo" klubunda və Nigeriyanın bəzi klublarında futbolçu kimi çıxış etmişdir.[13]

Karyera statistikası[redaktə | mənbəni redaktə et]

8 iyul 2021 tarixində yenilənib[2]
Klub Mövsüm Liqa Ölkə Kuboku Kontinental1 Digər2 Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Stabek 2021–22 Eliteserien 5 3 0 0 0 0 0 0 5 3
Ümumi karyera 5 3 0 0 0 0 0 0 5 3

1UEFA Çempionlar Liqası görüşləri daxildir.

2Norveç Superkuboku görüşləri daxildir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Antonio Eromonsele Nordby Nusa / Stabæk". stabak.no. 27 June 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 June 2021.
  2. 1 2 "Norway - A. Nusa - Profile with news, career statistics and history - Soccerway". soccerway.com. 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  3. "Nusa: - En stor dag i dag også" (norveç). Stabæk Fotball. 6 May 2021. 27 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2021.
  4. "Ydmyk 16-åring: – Jeg vil bare spille som Antonio Nusa". eurosport.no (in Norwegian). 30 June 2021. 30 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 July 2021.
  5. "Rosenborg vs. Stabæk - 30 May 2021 - Soccerway". soccerway.com. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  6. "Sluttet nylig på ungdomsskolen - søndag scoret 16-åringen et drømmemål". tv2.no (in Norwegian). 27 June 2021. 5 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 July 2021.
  7. "Bodø / Glimt vs. Stabæk - 27 June 2021 - Soccerway". soccerway.com. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  8. "Antonio (16) scoret to mål mot Viking – agenten ringes ned av storklubber". tv2.no (in Norwegian). 30 June 2021. 5 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 July 2021.
  9. "Viking vs. Stabæk - 30 June 2021 - Soccerway". soccerway.com. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  10. "Stortalentet om Ødegaard-sammenligningen: – Gøy å høre det". tv2.no (in Norwegian). 02 July 2021. 31 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 July 2021.
  11. "Meet 5 Norway Players That Are Originally From Nigeria (Photos)" (English). Opera News. 07 July 2021. İstifadə tarixi: 08 July 2021.
  12. "3 goals in 4 senior games : 16-year-old Stabaek winger could spark tug-of-war between Nigeria & Norway:: All Nigeria Soccer - The Complete Nigerian Football Portal". www.allnigeriasoccer.com. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  13. "Langhus-gutten Antonio (15) har signert proff-kontrakt med Stabæk". Østlandets Blad. 2020-05-13. 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.