Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Antropogen istehsal amili (AİA) — bilavasitə istehsal prosesində məşğul olan insan sağlamlığında neqativ dəyişmələr yaratmağa qadir olan amillərdir.
Öz təbiətinə görə AİA fiziki, kimyəvi, bioloji, psixofizioloji ola bilər. Öz təsirinə görə AİA aşağıdakılara bölünür:
Sənayenin bəzi sahələri var ki, on illərdir ətraf mühitin antropogen çirklənməsində başlıca rola malikdirlər. Ekoloji vəziyyətin formalaşmasında ən çox neqativ təsir elektroenerji sektorundan daxil olur. “İnsan - ətraf mühit” sistemi qapalıdır, ondakı balansın ixtiyarı pozuntusu faciəli nəticələrə gətirib çıxara bilər. Məsələn, təkamül prosesində təbiətdə istilik balansı yaranmışdır ki, bu da enerjinin üzvi birləşmələrdə yığılması və onun istilik şəklində səpilməsi ilə müəyyən olunur. Günəş enerjisinin üzvü birləşmələrə çevrilməsilə başlanan avtotrof bitkilərdən fərqli olaraq, insan üzvü maddələrdən istifadə edir. Onları yandırır və toplanmış enerjini istiliyə çevirir. Enerji sərvətlərini hasil etdikdə, insan torpağın bioloji tərkibini dağıdır və onun deqradasiyasına səbəb olur. Təbii sərvətlərdən istifadə etdikdə, insanın təsərrüfat fəaliyyəti olduqca effektsizdir. [1]