Antti Amatus Aarne (fin Antti Amatus Aarne; 5 dekabr 1867[1][2] – 5 fevral 1925[3][4], Helsinki) — Finlandiya folklor tədqiqatçısı, filoloq, süjetlərin sistemləşdiricisi.
Antti Amatus Aarne | |
---|---|
fin Antti Amatus Aarne | |
Doğum tarixi | 5 dekabr 1867[1][2] |
Vəfat tarixi | 5 fevral 1925[3][4] (58 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Antti Amatus Aarne 5 dekabr 1867-ci ildə anadan olmuşdur. O, folklor nümunələrinin müqayisəli təhlili və təsnifatı metodologiyasını işləyib hazırlamışdır. Aarnenin nəzəri prinsipləri sxematikliyi və formalizmi ilə seçilir. O, "Nağıl növlərinin əsas indeksi"ni tərtib etmişdir (1910). Aarne "Nağılların müqayisəli tədqiqinin əsasları" (1913), "Nağıllara dair ədəbiyyata baxış" (1914), "Tapmacaların müqayisəli tədqiqi" (1918) əsərlərinin müəllifidir. Onun indeksi əsasında Nikolay Andreyev rus dilində "Aarne sisteminə görə nağıl süjetləri indeksi"ni (1929) tərtib etmişdir.[5]