Apataki

Apataki (fr. Faaite) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Arutua atolundan 19 km cənub-şərqdə, Taitidən 350 km şimal-şərqdə yerləşir.

Apataki adası
fr. Apataki
Ümumi məlumatlar
Sahəsi 20 km²
Əhalisi 350 nəfər (2012-ci il)
Yerləşməsi
15°27′ c. e. 146°19′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Apataki adası xəritədə
Apataki adası
Apataki adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Atollun uzunluğu 36 км, eni — 25 km, quru sahəsi isə 20 km²-dir. Daxilində böyük laqun vardır. Şimal-qərb və cənub-qərbdən laqun okeanla kiçik boğazlarla birləşir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Arutua kommunasına daxildir.

2012-ci il məlumatına görə adada 350 nəfər yaşayır. Niutahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın qərbində yerləşir.

Ada 21 may 1722-ci ildə holland səyyah Yakob Roqqeveen tərəfindən kəşf edilmişdir. O, adanı Avondstond adlandırır. Adanın digər adı isə Qaqemasterdir. Bu ad rus dənizçisi Leonti Qaqemasterin şərəfinə adlandırılır. 1774-cü ildə adada ingilis səyyah Ceyms Kuk olmuşdur.

Niutaxi kəndi yaxınlığında uçuş-eniş zolağı yerləşir. Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatı (Kopra istehsalı) və balıqçılıqdır (balıq ovu və mirvari yetişdirmək).