Bu məqalə qaralama halındadır. |
Aperitiv — Aperitif (fransızca apéritif, latınca aperīre “açmaq” sözündən) yeməkdən əvvəl verilən içkidir (əsasən spitli) və iştahı açır, tüpürcəyi artırır və mədə şirəsinin ifrazını stimullaşdıraraq qida qəbulu üçün reseptorları hazırlayır.Bəzən yeməkdən əvvəl verilən, yüngül yeməklərə də aperitiv deyilir. Ən çox tanınan aperitiv içkilərə vermut, cin, şərab və s. daxildir.
Aperatif kimi spirtli, spirtsiz içkilər və şirələr istifadə olunur. Populyar aperitiflərə vermut, şeri (və ya xeres, ağ şərab), kampari, rakia (brendi), bexerovka (çex likörü), uzo (yunan brendisi), pastis, amontilyado və kir kokteyli daxildir. Aperitif kimi sərt spirtli içki də xidmət edə bilər: araq, viski, rom, cin. Alkoqolsuz içkilər kimi mineral sular, həmçinin qazlı, mineral və adi soyudulmuş sular daxildir. Aperatif üçün ən yaxşı şirələr limon, portağal, qreypfrut, nar, pomidor və üzümdür (şəkərsiz üzüm sortlarından).
Aperitiflər üç qrupa bölünür: tək, birləşdirilmiş və qarışıq.
Yeməkdən əvvəl içilən içkilərin çox qədim tarixi var. Onları V əsrdə yaşamış Fotikuslu Mübarək Diadoxos xatırladır.
1796-cı ildə turinli şərabçı Antonio Karpano vermutu icad etdi. Fransada aperitiflər kimyaçı Cozef Dubonnetin 1846-cı ildə öz adını almış içkini yaratmasından sonra yaranıb. Dubonnet şərab qarışığına malyariya xəstəliyinin qarşısını almaq və müalicə etmək, acılığı yumşaltmaq üçün xinin əlavə etdi, o, xüsusi otlar və ədviyyatlar qarışığı topladı. 19-cu əsrdə aperitiflər Avropada, 20-ci əsrin əvvəllərindən isə ABŞ-da geniş yayıldı.
Dim-sam - Çin mətbəxində aperitiv kimi verilən çay