Dijestif (latınca "digestivus", fransızca "digestif" "həzmə kömək edən vasitə") yeməkdən sonra verilən, həzmi sürətləndirən (həzmedici) içkilərin ümumi adıdır. Dijestiflərin yeməyin həzm etməyinə kömək etdiyinə inanılır. Orta əsrlərdə Fransada yeməkdən sonra şərab, şəkər və ədviyyat əsasında içki içirdilər.
Həzmedici kimi dijestivi yeməkdən əvvəl verilən aperitivlə müqayisə etmək olar, lakin dijestij adətən daha güclü olur. Sözsüz bir qayda var: yüngül içkilər aperitif, tünd içkilər isə həzm kimi xidmət edir.
Adətən bu, konyak, armanyak və digər brendi və ya viski növləri, məsələn, qrappa, kalvados. Digestiflər likörlər və balzamlar, həmçinin zəngin dadı olan sərt şərablar — şeri, madeyra, porto ola bilər. Ağır yeməkdən sonra yüngül şərabların dadı qəbul edilməyəcəyi üçün güclü içkilər istifadə olunur. Yemək zamanı içilən içkilərlə dijestivin birləşdirilməli olduğuna da inanılır. Beləliklə, əgər yemək pivə ilə müşayiət olunursa, konyak və ya armanyakdansa arpa viskisi daha uyğun olardı.
Bəzi kokteyl növləri də dijestiv kimi istifadə olunur. Çay və ya qəhvə kimi alkoqolsuz içkilər, adətən yeməkdən sonra içilsələr də, dijestiv hesab edilmir.
Kokteyl-dijestivlər kokteyl və qarışıq içkilərin (qarışıqlar, miks-içkilər) dijestiv kimi istifadı olunmasının növlərindən biridir, çünki onların tərkibi qidanın həzm olunmasına kömək edir.
Bu, müxtəlif dad çalarları olan çox müxtəlif kokteyllərin böyük qrupudur — turş, şirin, turşa-şirin və s. Bu müxtəliflik onunla izah olunur ki, dijestiv-kokteyllər hazırlamaq üçün müxtəlif içkilər və məhsullar istifadə olunur: sərt spirtli içkilər və şərablar, likörlər və siroplar, meyvə şirələri, yumurtalar, bal, qaymaq və s.
Kokteyllərin dadından, buna görə də reseptə daxil olan komponentlərdən və hazırlanma üsullarından asılı olaraq, onlar çoxsaylı alt qruplara bölünür: