Apollon-11

Apollon 11Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi.

Apollon 11
Ümumi məlumat
Ölkə
Təşkilat
Uçuş məlumatları
Daşıyıcı raket Saturn V[1]
Buraxılma tarixi 16 iyul 1969[1][2]
Eniş 24 iyul 1969[3][4]
Meyl 0,022 radian
NSSDC ID 1969-059A
SCN 04039
Emblem
Loqonun şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".

Apollon 11-n heyəti (soldan sağa: Neyl Armstronq, Maykl Kollins, Edvin Oldrin)