1919 — Azərbaycan Demokratik Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında qərar qəbul edildi. Həmin sənədə əsasən, cinsindən, dilindən və milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün vətəndaşlar Müəssislər Məclisinə seçkilərdə iştirak edə bilərdilər. Bərabər, müstəqim və qapalı seçkilər əsasında Müsəssislər Məclisinə 120 üzv seçilməli idi.
1920 — Erməni quldur dəstələri Zəngibasara basqın etdilər. Erməni terrorçular yüzlərlə dinc sakini, o cümlədən uşaq və qadınları da qətlə yetirdilər.
1940 — Ribbentrop-Molotov Paktına əsasən, 3 Baltikyanı dövlət – Latviya, Litva və EstoniyaSSRİ-yə ilhaq edildi.Sovet İttifaqının tərkibində olduğu müddətdə həmin respublikaların xaricdə “mühacir hökuməti” fəaliyyət göstərdi, həm də banklarda qızıl ehtiyatları qorunub-saxlanıldı.
1946 —Türkiyəilk çoxpartiyalı seçki keçirildi. Amma ədalətli təftişin olmaması, açıq səsvermə və gizli təsnif şəklində olan seçki sui-istifadələrə gətirib çıxardı. Seçki nəticəsində CHP 396, Demokrat Partiya isə 65 millət vəkili qazanmışdı.