Apollon kosmik gəmisi

Apollon kosmik gəmisinin strukturunu nümayiş etdirən diaqram.

Apollon proqramında istifadə olunan Apollon kosmik gəmisi, 3 əsas hissə və 2 köməkçi hissə olmaqla 5 hissədən ibarət idi. Astronavtların vaxtının çox hissəsini keçirəcəyi və qalxma və enmə əsnasında da içində olacaqları Apollon komanda modulu; kosmik gəmini ayın orbitində yerləşdirəcək və ayın orbitindən çıxaracaq mühərrik və oksigen çəni kimi astronavtların istifadə edəcəyi materialların yerləşdirildiyi Xidmət modulu və aya enəcək yeganə hissə olan Ay Hörümçəyi əsas hissələri idi. Komanda modulu və xidmət modulu birlikdə komanda xidmət modulu adlandırılmışdır.

Bu şəkildə kosmik gəminin dizaynındakı ən vacib məqam, Aya enəcək hissənin kütləsinin bütün gəmi ilə müqayisədə çox az olması idi. Ay hörümçəyinə keçəcək iki astronavt Aya ayaq basacaq və orbitdə onları gözləyən əsas hissəyə geri qayıdacaqdılar.

Apollon astronavtları, bu vasitəyə uyğunlaşmaq üçün Aya eniş tədqiqatları işləri çərçivəsində ağırlığı azaldılmış bir vasitə ilə təlimlər həyata keçirmişdilər.