Apollon komanda modulu

Komanda və xidmət modulu
Komanda modulunun sxemi

Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir.

Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi.

Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur.

Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.