Aprınçur Tigin

Aprınçur Tigin və ya Aprın Çor Tigin (VIII əsr) — Uyğur xaqanlığı dövründə, təxminən VIII–IX əsrlərdə yaşamış Maniçilik dininin təsirində şeirlər yazmış adı məlum ilk türk şairi. Turfan qazıntılarında tapılan şeirləri ilk dəfə Albert von Le Coq tərəfindən 1919-cu ildə yayımlanmışdır. Tapılan iki şeirin birincisi üç misradan təşkil olunan və ilahi tərzində yazılmış bir panegirikdir. Birinci şeirin ilk misrası zədələnmişdir. Aprın Çor Tiginin ikinci şeiri eşq mövzudunda yazılmışdır və dini olmayan bir şeirdir. Yeddi misradan ibarət olan bu şeirin birinci misrası itmişdir. "Sevgili" adlanan bu şeir uyğur ədəbiyyatının ilk və ən qədim lirik şeir nümunəsi hesab olunur.

Aprınçur Tigin
Doğum tarixi VIII əsr
Fəaliyyəti şair
  • Bican Ərcilasun, Əhməd. Türk Dili Tarihi / Başlangıçtan Yirminci Yüzyıla (türk). Akçağ Yayınları. 2013. 486. ISBN 9753385893.0.
  • Turfan Kazıları // Türk ansiklopedisi (türk). Ankara: Milli Eğitim Basımevi. 1983,. səh. 32.
  • Fikri Sərtqaya, Osman. Eski Türk şiirinin kaynaklarına toplu bakış (PDF) (türk).
  • Arat, Rəşid Rəhməti. "Edebiyatımızda İlk Lirik Şiir". Türk Yurdu (türk) (284). 1960: 37–38.
  • Təkin, Tələt. "İslam Öncesi Türk Şiiri". Türk Dili Dergisi (türk) (Türk Şiiri Özel Sayısı I 409). 1986: 3–42.