Aqil Acalov

Aqil Acalov (azərb. Acalov Aqil Şakir oğlu‎) — İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Brazilya Ciu-Citsu Federasiyasının və Karapapak Fight Club & Promotionun prezidenti[1],ictimai xadim. Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və Azərbaycan Alpaqut Federasiyasının sabiq prezidenti.

Aqil Acalov
Doğum tarixi 23 oktyabr 1985(1985-10-23) (37 yaş)
Doğum yeri
Fəaliyyəti ictimai xadim
Elmi dərəcəsi
Partiyası

Həyatı[redaktə | mənbəni redaktə et]

Acalov Aqil Şakir oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın dövlət tənzimlənməsi" fakültəsinə qəbul olmuş və 2007-ci ildə "Əməyin iqtisadiyyatı və sosiologiyasi" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin "Təbiətdən istifadənin iqtisadiyyatı"  fakültəsinin magistraturasına daxil olmuş və 2009-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə Azərbaycan Kooperasiya Universitetinin "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə olunması" ixtisası üzrə doktoranturasına daxil olmuş və 2015-ci ildə təhsilini bitirmiş, "İnnovasiya amilinin müəssisələrin səmərəli inkişafına təsiri istiqamətləri" mövzusunda elmi işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Azərbaycanda və ölkə xaricində bir sıra elmi məqalələrin müəllifidir.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2007-ci ildə "E-Q" MMC-də baş çapcı, 2008-2010-cu illərdə direktor müavini vəzifəsində, 2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Mühasibatlıq və təsərrüfat" sektorunda mütəxəssis vəzifəsində, 2011-ci ildə 3 saylı Bakı mətbəəsi ASC-də iqtisadçı kimi çalışmışdır.

2014-cü ildən indiyədək Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin Büdcə sektorunda baş məsləhətçi vəzifəsində çalışır.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Xarici Ölkələrdə yaşayan Azərbaycan Gənclərinin Həmrəylik Assosiasiyasının Koordinasiya Şurasının sədri,

2005-2014-ci illərdə Azərbaycan-Gürcüstan Gənclərinin Həmrəylik Assosiasiyasının sədri,

2008-ci ildə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədr müavini

2009-cu ildə həmin təşkilatın sədri vəzifəsində çalışmışdır.

2011-2013-cü illərdə Azərbaycan "Sayokan" Döyüş Sistemləri mərkəzinin 1-ci vitse prezidenti təyin olunmuşdur.

2013-cü ildə Prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyi qarşısına məqsəd qoyan, ətrafında gənclər təşkilatlarını birləşdirən "Gələcəyə Baxış" İctimai Hərəkatının təsisçilərindən olmuş və 2013-2014-cü illərdə həmsədri kimi ictimai fəaliyyətimi davam etdirmişdir.

2014-cü ilin yanvar ayında yaradılmış "Dünya Alpaqut Federasiyası"nın təsisçilərindən biri və eyni zamanda idarə heyətinin üzvü olmuş, elə həmin ildə "Dünya Alpaqut Federasiyası"nın Azərbaycan nümayəndəliyi (Azərbaycan Alpaqut Federasiyası) yaradılmış və həmin Federasiyanın prezidenti təyin olunmuşdur.

2018-2020-ci illərdə Beynəlxalq Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti,

2019-cu ildə Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti təyin olunmuşdur və hal-hazırda fəaliyyətini davam etdirməkdədir.

2021-ci ildə Krapapak Fight Club & Promotio-nu təsis etmiş və hal-hazırda prezidenti kimi fəaliyyətini davam etdirməkdədir.

İdman sahəsinə xidmətləri olaraq Azərbaycanda və ölkə xaricində bir sıra beynəlxalq çempionatların, turnir və seminarların təşkilatçısıdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Federasiyaya yeni prezident seçildi Arxivləşdirilib 2021-03-05 at the Wayback Machine. yenicag.az, 24.02.2018  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]