Aqil Kəngərli (tam adı:Cəfərov Aqil Abbas oğlu, 1 sentyabr 1972, Göyçay) — azərbaycanlı jurnalist, yazıçı, tarixçi-şair,[1] "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. İraq-Türkmən Yazarlar Birliyinin və Türkiyənin Avrasiya Sanat Kültür və Ədəbiyyat Dərnəyinin (ASKED) üzvüdür. "Qızıl qələm", " Həsən bəy Zərdabi", "Xəmsə" , "Xalqın nüfuzlu ziyalısı", "Vicdanlı qələm" və. s. diplom və fəxri fərmanlarla təltif olunub.
Aqil Kəngərli | |
---|---|
Cəfərov Aqil Abbas oğlu | |
Doğum adı | Aqil |
Təxəllüsü | Kəngərli |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Abbas Cəfərov |
Təhsili |
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi, Azərbaycan Müəllimlər İnstitutu |
İxtisası | biblioqraf, tarix müəllimi |
Fəaliyyəti | müəllimlik, yazıçılıq |
Fəaliyyət illəri | 1991-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları | “Qızıl qələm”, “ Həsən bəy Zərdabi”, “Xəmsə”, “ Xalqın nüfuzlu ziyalısı”, “Vicdanlı qələm” və Cərcis Peyğəmbər (ə) adına fəxri diplom |
1972-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. Valideynləri 1949-cu ildə Qərbi Azərbaycanın Dərələyəz və Vedibasar mahallarından deportasiya olunub. Aqil Kəngərli 1989-cu ildə Göyçay şəhəri 7 nömrəli orta məktəbi bitirmiş, əmək fəaliyyətinə 1989-cu ildə kitabxana işçisi kimi başlamışdır. 1995-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsini biblioqraf ixtisası üzrə, 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunu tarix müəllimi ixtisası üzrə bitirmişdir.
1996–1997-ci illərdə DİN Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. 2001-ci ildən pedaqoji sahədə çalışır.
Hazırda Göyçay şəhəri 7 nömrəli tam orta məktəbdə Tərbiyə İşləri üzrə direktor müavini vəzifəsində çalışır.
Bir sıra kitablarda A. Kəngərlinin şeirləri verilmiş, adı "XX-XXI əsrin yaradıcı və ziyalı insanları" toplusuna, "Avrasiya şairləri antologiyasına" və "Şirvan ziyalıları" kitabına salınmışdır. Bir neçə şeirinə mahnılar bəstələnmişdir.
Ədəbi və dini fəaliyyətinə görə 2004-cü ildə Cərcis Peyğəmbər (ə) adına fəxri diploma layiq görülüb.
Ailəlidir, 3 övladı var.
1991-ci ildən mətbuatda yazılarla çıxış etmişdir. 1991-ci ildən 2005-ci ilə qədər "Azərbaycan" nəşriyyatında fasilələrlə "Press-əks səda", "Xalq", "Hürriyyət", "Millət", "Hünər", "Azad yeni fikir", "Sabaha inam" və başqa qəzetlərdə müxbir, şöbə müdirü və redaktor işləmişdir. Hazırda "Məktəb Press" qəzetinin əməkdaşıdır.
Dövrü mətbuatda çap olunmuş 800-dən artıq məqalənin müəllifidir.