Aqil Məlikov (hərbi qulluqçu)

Aqil Qismət oğlu Məlikov (12 avqust 1990, Böyük Xocavar, Masallı rayonu15 noyabr 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Aqil Məlikov
Aqil Qismət oğlu Məlikov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqil Məlikov 12 avqust 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Aqil Məlikov 2016-cı ildə, noyabrın 15-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Noyabrın 16-sı isə Aqil Məlikov doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məlikov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Aqil Məlikov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]