Aqil Xanməmməd oğlu Xanməmmədov (23 mart 1973, Ağstafa rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor.[1]
Aqil Xanməmmədov | |
---|---|
Aqil Xanməmməd oğlu Xanməmmədov | |
Doğum tarixi | 23 mart 1973 (50 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | BDU-nun tətbiqi riyaziyyat kafedrası |
Təhsili | Bakı Dövlət Universiteti |
Aqil Xanməmmədov 1973-cü ildə Ağstafa rayonunda anadan olmuşdur. Orta təhsilini 1980–1990-cı illərdə Ağstafa rayonu Aşağı kəsəmən kənd orta məktəbində almışdır. 1995-ci ildə ali təhsil aldığı BDU-nun tətbiqi-riyaziyyat fakültəsinindən məzun olmuşdur. 1995–1998-ci illərdə BDU-nun tətbiqi riyaziyyat kafedrasının aspirantı olan A.Xanməmmədov, 1998-ci ildən həmin kafedrada çalışır. Bununla yanaşı AMEA Riyaziyyat və Mexanika İnstitutu Diferensial tənliklər şöbəsinin baş elmi işçisi və Azərbaycan Universiteti İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin professorudur.[2][3] 2005-ci ildə dosent, 2009-cu ildə isə professor elmi adını almışdır.
Ailəlidir. 2 övladı var.
1998-ci ildə "Bütün oxda ikinci tərtib fərq tənlikləri üçün səpilmənin tərs məsələsi və onun tətbiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.[4]
1998-ci ildən müəllim, dosent və professor olaraq çalışdığı BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsində riyazi analiz, funksional analiz, hesablama üsulları, riyazi fizika tənlikləri kimi dərsləri tədris etmişdir.[4]
2008-ci ildə, "Fərq operatorları üçün səpilmənin tərs məsələləri və onların tətbiqləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.[1]
Aqil Xanməmmədovun əsas elmi nailiyyətlərindən biri isə dağılan əmsallı fərq operatorları və yalnız bir tərəfdə səpilməyə malik olan fərq operatorları üşün səpilmənin tərs məsələsinin həlli üçün zəruri və kafi şərtlər müəyyən etməsidir. Bundan əlavə, Toda və Volterr tipli qeyri-xətti diferensial tənliklər sistemi üşün Koşi məsələsinin müəyyən siniflərdə qlobal həll olunmasını müəyyənləşdirmiş, həllərin tərs spektral məsələ metodu ilə tapılması alqoritmini vermişdir.
39 elmi məqalənin və bir metodik vəsaitinin müəllifidir.