Aqneş Keleti

Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921[2], Budapeşt) — Macar və yəhudi əsilli Olimpiya və dünya çempionu olan idman gimnastı və məşqçi. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir.[3][4] 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçdü və hal-hazırda da orada yaşayır.[5]

Aqneş Keleti
Ágnes Klein
Keleti (sağdakı) İsrailin Vinqeyt institutunda tələbələrinə təlim keçərkən
Keleti (sağdakı) İsrailin Vinqeyt institutunda tələbələrinə təlim keçərkən
Şəxsi məlumatlar
Ləqəbi Aggi[1]
Vətəndaşlığı
Doğum tarixi 9 yanvar 1921(1921-01-09)[2] (102 yaş)
Doğum yeri
İdman növü bədii gimnastika
Karyera illəri 1958-ci ildə bitib
Komandası Nemzeti
TE Bp. Postás
TF Haladás
Újpesti TE

İdman karyerası[redaktə | mənbəni redaktə et]

Keleti yəhudidir[6]Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir.[4][7][8]

Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı. 1941-ci ildə Arilər tayfasına mənsub olmadığı üçün gimnastika klubundan uzaqlaşdırıldı.[9] Keleti müharibədən sağ çıxmaq üçün gizlənməyə məcbur oldu. Evli qadınların əmək düşərgələrinə cəlb olunmadığı haqqında gəzən söz-söhbətlərə əsaslanaraq 1944-cü ildə İstvan Sarkani ilə ailə həyatı qurdu.[1] Sarkani 1930-cu illərdə gimnastika ilə məşğul olan macar idi. 1950-ci ildə boşandılar. Keleti müharibədən xilas olmaq üçün xristian bir qız olması haqqında kimlik alaraq kiçik bir kənddə qulluqçu kimi xidmət göstərdi. Onun anası və bacısı İsveç diplomat Raul Vallenberqin köməyi ilə gizlənərək xilas oldular. Atası və digər qohumları Auşvitz həbs düşərgəsində almanlar tərəfindən qətlə yetirildilər.[3][4][7][8][9][10] 1944-45-ci illərdə Budapeştin Sovet ordusu tərəfindən mühasirəyə alındığı vaxtlarda Keleti səhərləri erkən yuxudan oyanaraq öldürülən şəxslərin cəsədlərini toplayıb onları kütləvi məzarlığa aparırdı.[1]

Müharibədən sonra Keleti violonçel ifa etməyə başladı və yenidən məşqlərə başladı.[10] 1946-cı ildə ilk dəfə olaraq Macarıstan çempionu oldu. 1947-ci ildə Mərkəzi Avropanın gimnastı titulunu qazandı.[11] 1948-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarında Macarıstanı təmsil etmək üçün seçildi, lakin ayağında olan problemlərə görə oyunlara qoşula bilmədi. 1949-cu ildə keçirilən Dünya Universiteti oyunlarında 4 qızıl, bir gümüş və bir bürünc medal qazandı.[12]

Məşqlərə davam etdi və ilk dəfə 31 yaşında 1952-ci ildə təşkil olunan Yay Olimpiya oyunlarında iştirak etdi. Dörd medal qazandı. 1956-cı ildə Avstraliyanın Melburn şəhərində təşkil edilən Olimpiya oyunlarında 6 medal qazandı. 35 yaşında Keleti idman gimnastikası tarixində medal qazanan ən yaşlı şəxs oldu. 1990-cı illərdə İsrailin Milli Gimnastika komandasında məşqçi kimi fəaliyyət göstərdi. 2005-ci ildən İsrailin Herzliya Pituah ərazisində yaşayır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Not always a soft landing - News - Haaretz - Israel News | Haaretz.com". 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25.
  2. 1 2 Ágnes Keleti // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  3. 1 2 "Agnes Keleti" Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine International Jewish Sports Hall of Fame
  4. 1 2 3 "Agnes Keleti profile" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Jews in Sports
  5. Heller, Aaron. "10-medal Olympian quietly living her golden years in Israel". The Times of Israel. August 14, 2012. April 14, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 14, 2012.
  6. Taylor, P. Jews and the Olympic Games: The Clash Between Sport and Politics : with a Complete Review of Jewish Olympic Medallists. Sussex Academic Press. 2004. səh. 196. ISBN 9781903900888. April 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 13, 2015.
  7. 1 2 "Whatever Happened to Agnes Keleti?" Arxivləşdirilib 2012-10-10 at the Wayback Machine Gymnastic Greats, December 22, 1999
  8. 1 2 "Agnes Keleti, Honoree" Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine International Gymnastics Hall of Fame, 2002
  9. 1 2 Nike is a Goddess: The History of Women in Sports - Google Books
  10. 1 2 Historical Dictionary of the Olympic Movement - Bill Mallon, Jeroen Heijmans - Google Books
  11. XVI Olympiad: Melbourne/Stockholm 1956, Squaw Valley 1960 - Carl Posey - Google Books[ölü keçid]
  12. "Agnes Keleti: The Foundation Stone Of Gymnastics In IsraelThe Jewish Press | Prof. Livia Bitton-Jackson | 4 Av 5772 – July 22, 2012 | JewishPress.com". July 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]