Yəhudi
Yəhudilər ya da Cuhudlar[1] (köhnə mənbələrdə Ebrəçilər) (ivr. יהודים) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Yəhudilər
יהודים
|
I sıra: Eynşteyn, Marks, Freyd, Spinoza II sıra: Yosef, Musa, İsa, Nagid III sıra: Montefiore, Zukerberq, Qadot, Rotşild IV sıra: Ford, Yohansson, Streyzand, Spilberq
|
Ümumi sayı
|
13.6 mln
|
Yaşadığı ərazilər
|
|
Dili
|
İvrit, İdiş, Sefard və s.
|
Dini
|
İudaizm
|
Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan halaxadır. O qanun yaradan Talmudun qərarları əsasında yaranıb. Halaxaya görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)"
Diasporlar tədricən ardıcıllıqla bir neçə əsas mərkəz şəklində formalaşmışlar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqlənmişlər:
İkinci dünya müharibəsi ərəfəsində və dövründə altı milyona qədər yəhüdi öldürülüb (bax: Holokost).
- Albert Eynşteyn-almaniyalı alim,fizik
- Robert Oppenheymer-amerikalı alim,Atom bombasının yaradıcısı.
- Teodor Hertsl-"yəhudi dövləti" fikrini ilk dəfə ortalığa atan şəxs və ümumiyyətlə yəhudi siyasətini müəyyənləşdirən,sionizmin banisi olan şəxs.
- Natali Portman-amerikalı aktrisa.
- Avraam Linkoln-ABŞ-nin 1860–1865-cı illərdə prezidenti.
- Xəyyam Nisanov-Azərbaycanlı müğənni.
- Miloş Zeman-Çexiya prezidenti.
- Petro Poroşenko-Ukraynanın IV prezidenti,əsl soyadı Valtsmandır.
- Aleksandr Qroysman-Ukraynanın baş naziri.
- Arseni Yatsenyuk-Ukraynanın keçmiş baş naziri.
- Alla Puqaçova-Rusiyalı müğənni.
- Qolda Meyer-İsrailin baş naziri.
- Məsud Bərzani-İraq Kürdüstanının 2005–2017-ci illərdə prezidenti.Ümumiyyətlə Bərzanilər ailəsi yəhudi mənşəlidirlər.
- Vladimir Lenin-SSRİ-nin qurucusu.Anası yəhudi idi və buna görə Lenini yəhudi qaydasına görə yəhudi saymaq olar.
- Benedikt Spinoza-Niderlandlı(Hollandiyalı)filosof.
- Yevda Abramov – Azərbaycan Milli Məclisinin deputatı.
- Albert Aqarunov – Azərbaycanın Milli Qəhrəmanı
Sayı təqribən 14 milyon nəfər hesab edilir.
Ən böyük yəhudi icmaları (60 min nəfərdən çox) aşağıdakı ölkələrdədir:
- ABŞ — 5,2–5,5 mln.nəfər (keçmiş SSRİ-dən təqribən 400 min)
- İsrail — 5, 394 mln.nəfər (2008-ci il; keçmiş SSRİ-dən təqribən 1,120 mln.nəfər)
- Fransa — 575 min nəfər
- Argentina — 400 min nəfər
- Kanada — 348,6 min nəfər (2001-ci il)
- Böyük Britaniya — 300 min nəfərdən çox
- Almaniya — 250 min nəfər (keçmiş SSRİ-dən təqribən 216 min) (2004-cü il).[2]
- Rusiya — 233,4 min nəfər. (2002-ci il).[3]
- Ukrayna — 104 min nəfər (2001-ci il)
- Avstraliya — 90 min
- CAR — 89 min
- Braziliya — 87 min (2000-ci il)
Mütəşəkkil yəhudi icmaları dünyanın 110 ölkəsində var.
- Гительман Ц. Беспокойный век: Евреи России и Советского Союза с 1881 г. до наших дней. М.: — Новое литературное обозрение, 2008. — 512 с. — ISBN 978-5-86793-576-4
- Н. И. Рутберг, И. Н.Пидевич. Евреи и еврейский вопрос в литературе советского периода. Хронологически-тематический указатель литературы, М.: Грант, 2000. — 598 с. — ISBN 5-89135-135-8
- Евреи в России: История и культура. Сборник научных трудов — ред. Д. А. Эльяшевич. СПб, Издание Петербургский еврейский университет, 1998. — 394 с. — ISBN 5-88976-004-1
- Мудрость еврейского народа в пословицах и поговорках. Феникс, Ростов-на-Дону, 2008.
- Süleyman SAYAR. YAHUDİ KARAKTERİ(Tarihî ve Sosyo-Psikolojik Bir Yaklaşım). ULUDAĞ ÜNİVERSİTESİ. İLÂHİYAT FAKÜLTESİ. Sayı: 9, Cilt: 9, 2000.
- Rabi Benjamin Blech. Geçmişten Günümüze YAHUDİ TARİHİ VE KÜLTÜRÜ. Eylül 2004. — 447 s. — ISBN 975-7304-82-4
- Israel SHAH. YAHUDİ TARİHİ, YAHUDİ DİNİ. ANKA YAYlNLARI : 31. DİNLER TARİHİ: 3. İstanbul 2004. — 192 s. — ISBN 975-6628-32-4