Aqroekologiya

Tərəvəzlər.

Aqroekologiya - kənd təsərrüfatı istehsalı sistemi ilə bağlı olan ekoloji prosesləri öyrənən elimdir. Ekoloji prinsiplərin aqroekosistemlərə tətbiqi yeni idarə etmə yanaşmalarını şərtləndirir. Aqroekoloqlar orqanik, integrasiya olunmuş, ənənəvi, intensiv və extensiv kimi kənd təsərrüfatı formalarının hamısını öyrənirlər[1].

Ekoloji strategiya[redaktə | mənbəni redaktə et]

Aqroekoloqlar kənd təsərrüfatında texnologiyaların istifadəsinə qarşı deyildirlər, əksinə təbii, sosial və insan kapitalı ilə birlikdə necə və nə zaman istifadə oluna biləcəyini dəyərləndirirlər.[2] Aqroekologiya aqroekosistemtlərin konteksal öyrənilməsinni irəli sürürlər. Yəni, aqroekosistemlərin qorunması üçün unversal bir formula yoxdur. Beləki, insektisidlərin yerinə "təbii düşmənlərdən" və ya monokultura əvəzinə polikulturadan istifadə etmək kimi konkret idarəetmə praktikalardan tətbiqi mümkün deyildir.

Əksinə, aqroekoloqlar aqroekosistemlərin dörd sisteminin (məhsuldarlıq, sabitlik, davamlılıq və bərabərlik) xüsusiyətləri ilə bağlı sualların cavablandırılması ilə məşğul olurlar[3]. Baxmayaraq ki, bu sistemlər fərqli elm sahələridir, aqroekoloqlar bu sistemlərin hamısının qarşılıqlı olaraq bir-birinə bağlı olaraq aqroekosistemləri mövcudluöunu müəyyənl etdiyini bildirirlər. Aqroekoloqlar aqroekosistemin elementlərini anlamaq üçün təbiət elmlərindən istifadə edərək torpağın xüsusiyyyətlərini, bitki-həşərat əlaqələrini, sosial elmlərdən istifadə edərək kənd təsərrüfatı formalarının kənd icmalarına təsirini, yeni istehsal metodlarının inkişaf etdirilməsinə olan iqtisadi məhdudiyyətləri, yaxud kənd təsərrüfatı praktikalarını şərtləndirən mədəni faktorları araşdırırlar.

Aqroekoloji yanaşmalar[redaktə | mənbəni redaktə et]

Aqroekoloqlar aqroekologiyanın nə olması ilə bağlı həmişə ortaq məxrəcə gələ bilmirlər. Aqroekologiyaya verilmiş müxtəlif təriflər əsasən "ekologiya" və bu sahə üzrə aparılan "siyasətlə" fərqləndirilir. OECD[4] aqroekologiyaya "kənd təsərrüfatı ilə ekologiya arasında əlaqələri öyrənən elm" tərifini verir[5]. Bu tərif dar olaraq aqroekologiyanın təbii ətraf mühit əks etdirən ekoloji tərəfinə yönəlir. Bu tərifə uyğun olaraq, belə hesab etmək olar ki, aqroekoloq kənd təsərrüfatının torpaq sağlamlığı, su və hava keyfiyyəti, mezo-fauna və mikro-fauna, ətraf flora, exoloji toksinlər və digər ekoloji kontekslər üzrə əlaqələri öyrənir.

Dalgaard və digərlərinin verdikləri daha ümumi tərifdə isə aqroekologiya bitkilər, heyvanlar, insanlar və ətraf mühitin kənd təsərrüfatı sistemi daxilində bir-birləri arasında qarşılıqlı əlaqələri öyrənən elm kimi ifadə edir. Nəticədə aqroekologiya təbii olaraq çox istiqamətli elm kimi aqronomluğu, ekologiyanı, sosiologiyanı, iqtisadiyyatı və digər elmləri əhatə edir[6]. Francis və digərləri bu tərifi daha da genişləndirərək əsas diqqəti qida sisteminə verirlər[7].

Aqroekologiya coğrafi mövqeyə görə fərqli tərif olunur. Cənub yarımkürəsində bu termin açıq şəkildə siyasi məna ifadə edir. Belə siyasi tərif adətən sosial və iqtisadi ədalətin hədəflərini ifadə edir və əsas diqqət isə yerli əhalinin ənənəvi kənd təsərrüfatı biliklərinə verilir[8]. Şimali Amerika və Avropa yanaşmasında siyasi baxışdan qaçılır və əsasən ciddi bir elim istiqaməti kimi qəbul olunur.

Referenslər[redaktə | mənbəni redaktə et]

  1. http://arquivo.pt/wayback/20160522154628/http://futureoffood.org/pdfs/Coventry_University_2013_Maintstreaming_Agroecology.pdf
  2. Pretty, Jules. 2008. Agricultural sustainability: concepts, principles and evidence. Philosophical Transactions of the Royal Society, 363, 447-465.
  3. Conway, Gordon R. 1985. Agroecosystem analysis. Agricultural Administration, 20, 31-55.
  4. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
  5. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-22.
  6. Dalgaard, Tommy, and Nicholas Hutchings, John Porter. "Agroecology, Scaling and Interdisciplinarity." Agriculture Ecosystems and Environment 100(2003): 39-51.
  7. Francis; et al. (2003). "Agroecology: the ecology of food systems". Journal of Sustainable Agriculture. 22 (3): 99–118.
  8. https://web.archive.org/web/20060422150352/http://www.agroecology.org/