Aqroturizm — kənd turizminin bir növü olmaqla, turistlərin kənd həyat tərzinə cəlb edilməsinin, eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakının təmin olunmasıdır. Aqroturizm kənd təsərrüfatı ilə turizm sektorlarının kəsişməsindən meydana gələn turizm növüdür.
Aqroturizmin dünyanın müxtəlif hissələrində müxtəlif mənaları var. Aqroturizm fəaliyyətin müxtəlif variantlarını birləşdirir — meyvə yığımını, heyvan yemləməyi, fermada qəlyanaltı etməyi və s.
Aqroturizm Avstraliya, Kanada, Amerika Birləşmiş Ştatları və Filippin də daxil olmaqla, dünyanın bir çox yerlərində artım sənayesi hesab olunur.
İnsanlar öz istehlak etdikləri ərzaqlarla maraqlanırlar. Onlar fermerlə görüşmək, onlarla bu ərzaqların istehsalı haqqında danışmaq istəyirlər. Uşaqlar başda olmaqla, fermaları ziyarət edən bütün insanlar ilk dəfə ərzaqların mənbəyini görmüş olurlar.
Kəndlilər və fermerlər öz fermasında istehsal etdikləri məhsullarının keyfiyyətini ilə maraqlanırlar.
Fermerler öz əməliyyatlarını diversifikasiya etmək və öz əmlaklarını artırmaq üçün qonaqlar dəvət edirlər və bu zaman qorumadan istifadə edirlər.
Azərbaycanda aqroturizmin inkişaf etməsi, insanların bu sahə haqda maariflənməsi üçün "Şəfəq" Ekoturizm İctimai Birliyi bir çox layihələr keçirmişdir.[1][2][3] Bu layihələrin nəticəsi olaraq bir çox aqroturizm təsərrüfatları yaranmışdır.
Azərbaycandakı aqroturizmlərə misal olaraq aşağıdakılar göstərilə bilər: