Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ekoturizm və ya ekoloji turizm — təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Azərbaycan Respublikası "Turizm haqqında" qanuna əsasən, ekoloji turizm (ekoturizm) — təbiətə minium təsir, ekoloji sistemin bütövlüyünün qorunması prinsipləri əsasında səyahət edilən ölkənin (yerin) təbiəti, təbii ekoloji sistemi, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı özündə ehtiva edən turizm formasıdır.
Ekoloji turizmin inkişaf tendensiyası Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qolu olan Ümumdünya Turizm Təşkilatı (BMÜTT) tərəfindən müəyyən olunmuşdur. Ekoturizmin bir neçə qaydası var.
Ekoturizm — məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Belə səyahətlər zamanə ekosistemin bütövlüyü qorunmalıdır. Bununla yanaşı ekosistemin qorunması yerli əhaliyə sərf edəcək şəkildə həyata keçirilməlidir.
Ekoturizm həm təbiətin qorunmasına, həm də çiçəklənməsinə gətirib çıxara bilər. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir.
Ekoturim turizmin elə növüdür ki, orada:
Ekoturizmin daha bir məqsədi də yerli əhalinin təbiətdən zövq almasına şərait yaratmaqdır. Ekoturizmnin əsas baza prinsipləri bunlardır[1]:
Ekoturun əsas obyektləri bunlardır:
Ekoturizmdə aşağıdakı istiqamətlər üzrə turlar təşkil olunur:
Ə. T. Əsgərov, B. Ə. Bilalov, Ç. G. Gülalıyev — Ekoloji turizm (Dərs vəsaiti), Bakı, "Adiloğlu" nəşriyyatı, 2011, 276 səh.
Bu məqalə qaralama halındadır. |