Aqtöbe güllələnmələri 2016-ci ilin iyunun 5-də və ondan sonra Qazaxıstanın həmin şəhərində bir nəçə gün ərzində baş vermiş güllələmələr seriyasından ibarət idi.
Aqtöbedə güllələnmələr | |
---|---|
Hücum yeri |
Qazaxıstan, Aqtöbe vilayəti, Aqtöbe |
Hücum hədəfi | silahların oğurlanması, dövlət nümayəndələrinə hücum |
Vaxt |
5 iyun 2016 |
Hücum üsulu | silahlı hücum |
Həlak olanlar | 25 (4 sakin, 3 hərbçi, 18 hücumçu)[1][2] |
Yaralılar | 22 |
Qatil sayı | 25[3] |
Təşkilatçılar | DAİŞ (iddia)[4] |
Qazaxıstan üçün terrorçuluq və ekstremim nadir hadisə sayıla bilər,[5][6] lakin 2011-ci ildə ölkədə ilk intiharçı terror aktı da elə həmin şəhərdə baş verib.[5]
Terrordan uzaq, sakit bir ölkə olmasına baxmayaraq, son vaxtlar Qazaxıstanın əsas ixrac məhsulu olan neftin ucuzlaşması ölkədəki sabitliyi zərbə altına qoyub. Sabitliyə xələl gətirən digər səbəblərdən biri də həmin ilin aprel və may aylarında baş verən etiraz aksiyaları olub.[6] Bundan başqa, xarici vətəndaşlara Qazaxıstanda torpaq almağa imkan yaradan qanunvericiliyə edilən son dəyişiklik də etirazları qızışdırıb.[4]
Hücumçuların böyük qrupu Pallada mağazasına girib, satıcını ürək hissəsindən gülləyiblər. Lakin o, təcili çağırış düyməsini basmağa imkan tapıb. Həmin satıcı aldığı güllə yarasından sonradan həlak olmuşdu. Balıqçılıq bölməsinin satıcıları da güllələnib, yaralanıblar. Düymənin basılmasından dörd dəqiqə sonra gələn təhlükəsizlik şirkətinin iki işçisi də yaralanıblar. Onlardan biri yerindəcə həlak olub.[7] Üç dəqiqə sonra gələn üç polis işçisi də 14 namludan ağır güllələnmə ilə qarşılanıblar.[3] Polislərin hamısı yaralanmışdı. Hücumçular mağazadan özləri ilə 17 odlu silah, üç qaz tapançası, gilizlər və bıçaqlar aparıblar. Mağazadan çıxarkən hücumçular yaxınlıqda olan minik avtomobilini ələ keçirmək məqsədi ilə avtomobilin sahibini öldürüblər.[8]
Bütün bu hadisələr 9 dəqiqə ərzində baş verib.[3].
Bundan sonra hücumçulardan ayrılmış bir qrup marşrut avtobusu ələ keçirib, sərnişinlər və konduktoru endirib sürücünü avtobusu Qazaxıstan Milli Ulanının 6655 nömrəli hərbi hissəsi istiqamətində sürməyə[9][10] məcbur ediblər[11].
Digər qrup isə zəbt etdiyi polis maşını ilə Pantera mağazasına gəlib, orda iki qardaş müştəridən birini yaralayıb, digərini isə öldürüblər. Meyitxana işçilərin sözlərinə görə, öldürülmüş qardaşın əllərində döyüş izləri var idi.[8]
Ümumilikdə cinayətkarlar mağazada 8 dəqiqə olublar, 4 dəqiqədən sonra polis qrupu hadisə yerinə gəlib. Nəticədə, hücumçuların üçü öldürülmüş, biri isə yaxalanmışdı. İki hücumçu oğurlanan maşında hadisə yerindən qaçıblar, lakin sonra şəhərdən kənarda tapılıb öldürülmüşlər.[3][10][12]
Qalan hücumçular zəbt edilmiş avtobusu qoçbaşı kimi işlədib, Qazaxıstan Milli Ulanının 6655 nömrəli hərbi hissəsinin darvazlarından keçdilər. Orda onlardan biri öldürənə qədər, bir hərbi qulluqçunu öldürdülər, doqquzunu isə yaralayıb.[6]
Polis hücumçuları radikal, qeyri-ənənəvi dini hərəkətlərin xələfləri adlandılar.[5][6]
Qazaxıstan Prezidenti, Nursultan Nazarbayev iddia edib ki, hücumların əmri Qazaxıstanın sabitliyi pozmaq məqsədi ilə xaricdən gəlib.[13] İyunun 10-da isə Nazarbayev təhlükəsizlik şurasına demiş ki, hücumçular sələfi idilər və güman ki, onların arasında DAİŞ-dən Qazaxıstana geri qayıdanlar var idi.[4]
Qazaxıstan DİN-yi Aqtöbedəki hadisələri terror aktı kimi tanıyıb. Aqtöbedə terror təhlükənin qırmızı (yüksək) səbiyyəsi elan olunub. Onun çərçivəsində ordaki bütün xüsusi xidmətlərin səfərbərliyi, 24 saatlıq növbətçilik aparılıb, antiterror əməliyyat rejimi təyin olunub.[14]
5-6 iyun arası gecəsində iki adam saxlanılıb, beş isə müqavimət göstərdiyinə görə öldürülmüşdü. Onların arasında hərbi bölməyə də, Pantera mağazasına da hücum edənlər var idi. Onlarda əvvəldən oğurlanmış silahalr tapılıb.[10]
Həmçinin, qaçaq hücumçuların şəxsiyyəti müəyyənləşdirilib. 2016-cı ilin iyunun 7-də 7 adam axtarışda idi.[15] Onların beşi Aqtöbedə, ikisi isə Qızılorda və Aqmola vilayətlərində anadan olmuş.[16]
Şübhəli və diqər şəxslərin təhqiqatı göstərib ki, hücumların hazırlığında 45 adam iştrak edirdi. Onlardan 16 planlaşdırma vaxtı iştrakdan çəkildilər. 29 adam Pallada mağazasına hücum etmək üçün yollananda, onlardan daha 3-ü iştrakdan imtina etdilər. Daxili İşlər Naziri, Qalmuhanbet Qasımovın dediyinə görə, video izləmə yazıları göstərdilər ki, mağazaya 26 adam yaxınlaşıb. O vaxt, onlardan daha biri iştrakdan imtina edib. Beləliklə, əvvəlki 45 adamdan hücumlarda 25 adam iştrak edib.[3]
8 iyunun səhərində Milli Təhlükəsizlik Komitəsi Prezidentə verdiyi hesabatında məlumat verdi ki, onun 2 qrupa bölünmüş 6 döyüşçü və onlardan ayrı şəkildə daha bir döyüşçü Aqtöbe şəhərinin ərazisində hərəkət etdiklərindən məlumatı var. Ağ rəngli VAZ-2115 maşında hərəkət edən bu qrupların biri pioner düşərgəsinin təhlükəsizlik işçilərə yivsiz silahdan atəş açdıb.[17] Sonra, DİN MTK verdiyi pioner düşərgəsinin güllələmə haqqında məlumatını inkar etmiş.[18].
Həmin gün DİN gizlənilənlər haqqında məlumat verənlər üçün 5 million tengə mükafat verəcəyini elan edib.[19] Həmçinin, o səhər, axtarışa verilən bir döyşçü Aqtöbe vilayətinin Qobda qəsəbəsində saxlanılıb.[20]
İyunun 10-da Aqtöbe şəhərinin Nekrasov küçəsindəki yerləşən mənzildə MTK və DİN hüsusi əməliyyatı aparılıb. Şübhəli şəxslər təslim etməktən imtina edib, atəş açdılar. Basqının nəticəsində şübhəli şəxslərin dördü mənzildə öldürülmüş. Əməliyyat gecə vaxtı saat 1:30-da evin sakinlərinin evakusiyasından başlayıb.[21] Şübhəli şəxslərlə olan mənzilin basqını isə 4:00 başlayıb.[22] Şübhəli şəxslərin biri, Dmitri Tanatarov çox güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Durumu son dərəcədə çətin kimi qiymətləndirilirdi.[21] Sonra, Dmitri Tanatarov Aqtöbenin təəcili tibbi yardımının hospitalının canlanmasında həlal olmuş.[23] Qonuşuların sözlərinə görə, terrorçular gizləndiyi mənzil icarəyə verilirdi.[24]
Təxminən eyni vaxtda, Myasoyedov və Arınov küçələrin yolayırıcısında terrorçuların əlbiri yivsiz silahdan polis patrulun maşını güllələyib, cavab atəşi ilə öldürülmüş. İki polis işçisi yüngül yara almış.[25]
Axtarışa verilən son üç şəxs 11 iyunda, təxminən saat 22:30-da tapılıb. Onlar Jamanqulov, 15 ünvanında gizlənirdi. Zəbt zamanı onlardan birinin ayağı yaralandı. Hamı güc orqanlarının əməkdaşların tərəfindən yaxalandı. Onlardan Pallada mağazasından oğurlanmış iki ədəd odlu silah alınmış.[26][27]