Nursultan Nazarbayev

Nursultan Əbiş oğlu Nazarbayev (qaz. Nursultan Äbişulı Nazarbayev; 6 iyul 1940[1][2][…], Çemolqan[d], Almatı vilayəti) — Qazaxıstan Respublikasının 1-ci Prezidenti (1990–2019). El başı (qaz. Елбасы) titulun daşıyıcısı, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideri.

Nursultan Nazarbayev
qaz. Nursultan Nazarbayev
24 aprel 1990 – 20 mart 2019
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıQasım-Comərd Tokayev
bayraq
Qazaxıstan SSR Ali Sovetinin 13-cü sədri
22 fevral 1990 – 24 aprel 1990
ƏvvəlkiKıylıbay Medeubekov
SonrakıYerik Asanbayev
bayraq
Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi
22 iyun 1989 – 28 avqust 1991
ƏvvəlkiGennadi Kolbin
bayraq
Qazaxıstan SSR Nazirlər Sovetinin 10-cu sədri
22 mart 1984 – 27 iyul 1989
ƏvvəlkiBəyken Əşimov
SonrakıUzakbay Qaramanov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1940(1940-07-06)[1][2][…] (84 yaş)
Doğum yeri
Partiya Sovet İttifaqı Kommunist Partiyası
Əmanət Partiyası
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
Uşaqları Dariqa Nazarbayeva
Dinara Qulibayeva
Aliya Nazarbayeva
Dini sünni islam, ateizm
Hərbi xidmət
Rəhbərlik edib
Rütbəsi ali baş komandan[d]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[3]
Elmi dərəcəsi

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Aleksandr Nevski" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Astana" medalı "Qazaxıstan Respublikasının müstəqilliyinin 10 illiyi" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı medalla dels 50 anys de les Terres Verges "Moskvanın 850 illik xatirəsinə" medalı "Astananın 10 illiyi" medalı "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" medalı "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı Medal "In Commemoration of the 1000th Anniversary of Kazan" "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Xalqlar dostluğu" ordeni "Heydər Əliyev" ordeni Grand Star of the Decoration for Services to the Republic of Austria Grand Cross of the Order of the Oak Crown
Order of Grand Duke Dmitry Donskoy 1st Class "Şəfəq" ordeni
"Qızıl runo" ordeni "Fəxri legion" ordeninin Böyük xaçı "Müqəddəs Mixail və Georgi" ordeni
Friendship Medal
"Tatarıstan Respublikası qarşısında xidmətlərə görə" ordeni
Order of Glory and Honor
"Payızgülü" ordeni Collar of the Order of the Cross of Terra Mariana Order of the Three Stars, 1st Class Azadlıq ordeni 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni Order of Freedom of the Republic of Slovenia Grand Cross of the Order of the Star of Romania Kral Tomislavın Böyük Ordeni "Qızıl qartal" ordeni "Vətən" ordeni
Qazaxıstanın Xalq Qəhrəmanı
Sent-Çarlz ordeninin Böyük Xaçı Collar of the Order of Pope Pius IX Grand Cross with Chain of the Order of Merit of the Republic of Hungary (civil) Katolik İzabella ordeni sepi Grand Cordon of the Order of Leopold Grand Cross with Collar of the Order of the White Rose of Finland Grand Cross of the Order of Vytautas the Great Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic Grand Cross of the Order of the Redeemer "Dövlət nişanı" ordeni Order of the Nile "Böyük xidmətlərə görə" ordeni 1-ci dərəcəli "Manas" ordeni Order of Independence "İsmayıl Samani" ordeni
Əhməd Kadırov ordeni
Grand Order of Mugunghwa Knight of the Order of the White Eagle "Serbiya Respublikası" ordeni "Zaid" ordeni
1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni
Order of Al-Fakhr
İmzanın şəkli
akorda.kz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nursultan Nazarbayev 6 iyul 1940-cı il tarixində Qazaxıstan Respublikasında doğulmuşdur.

1958–1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir. 1960–1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur. 1969–1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir. 1984–1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989–1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının 1-ci Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91,15% səs toplayaraq təkrar prezident olmuşdur.

19 mart 2019-cu ildə Qazaxıstan Prezidentliyindən istefa etmişdir:

" Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstan Respublikasının 1-ci Prezidenti olmağa imkan verdi.[4] "

Evlidir, üç qızı var.

Tennis və xalq musiqisinə maraq göstərir.

3 aprel 2017-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir.[5]

  1. 1 2 Nursultan Nazarbayev // The Fine Art Archive. 2003.
  2. 1 2 Nursultan Nasarbajew // Munzinger Personen (alm.).
  3. Kazachstán. Prezident (1991- : Nazarbajev) // Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. "Nursultan Nazarbayev istefa verib". report.az. 19 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2019.
  5. APA TV. "Nursultan Nazarbayevə "Heydər Əliyev" ordeni təqdim edilib" (az.). Youtube.com. 03.04.2017. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.