Aquatherm Baku

Aquatherm Baku- Azərbaycanın və Qafqaz regionunun HVAC texnologiyaları sahəsində beynəlxalq biznes sərgisidir.

Aquatherm Baku
azərb. Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi
Loqonun şəkli
Status aktiv
Janr sərgi
Məkan Bakı Ekspo Mərkəzi
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 2008-ci il
Növbəti 19-21 oktyabr, 2022-ci il
Təşkilatçı Iteca Caspian LLC
Dəstək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (Azərbaycan), Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası
aquatherm.az

Məqsəd[redaktə | mənbəni redaktə et]

Aquatherm Baku həm regional, həm də beynəlxalq istehsalçılar üçün ən son sənaye yeniliklərini nümayiş etdirmək üçün biznes platformasıdır.

Tarix[redaktə | mənbəni redaktə et]

2016[redaktə | mənbəni redaktə et]

2016-cı ildə ziyarətçilərin sayı 8085 nəfər təşkil etmiş, 93% bu sahənin peşəkarları təşkil edib, 67% isə yeni işgüzar əlaqələr qurublar.

2017[redaktə | mənbəni redaktə et]

2017-ci ildə sərgi Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirmişdir. AquaTherm Azerbaijan sərgisinin iştirakçıları siyahısında: Euroclima, Yusiko, BestTechniK, Azertexnolayn, Alarko Carrier Sanayi ve Ticaret, Egeplast Ege Plastik, Turan Makine, Termo ISI, Polimart, Ultratek, Sumqayıt Texnologiyalar Parkı (STP), Kaskad – Hidro, Yetsan Pazarlama Isi Sistemleri və digərləri yer alıb.

2018[redaktə | mənbəni redaktə et]

"Aquatherm Baku 2018" sərgisində müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunmuşdur. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün İT texnologiyalar da təklif edilmişdir.

Sərgi bölmələri[redaktə | mənbəni redaktə et]

  • Hamam mebeli və aksesuarları
  • Ətraf mühitin qorunması
  • Fitinqlər və zolotniklər
  • İsitmə texnologiyaları
  • Qurğu avadanlıqları və aksesuarları
  • İzolyasiya materialları
  • Ölçü, nəzarət və nizamlayıcı sistemlər
  • Borular və boru xətləri
  • Nasoslar
  • Su və kanalizasiya texnologiyaları
  • Hava quruducu qurğu
  • Hava kanalı
  • Hava filtrləri
  • Hava kondisionerləri
  • Çilerlər
  • Soyuducu kameralar və qapılar
  • Kompressorlar
  • Ventilyatorlar
  • Multiroom sistemləri
  • Soyuducu qurğular
  • Ventilyasiya
  • Üzgüçülük hovuzları
  • Sauna üçün avadanlıqlar
  • Hidromassaj vannaları
  • Akvaparklar
  • Bioloji yanacaq və bioloji qaz
  • Enerjinin effektiv istifadəsi
  • "Yaşıl ev"
  • İstilik nasosları
  • Fotoelektrik energetika
  • Günəş soyutması
  • Günəş isitməsi
  • Termoizolyasiya
  • Su qoruyucu sistemlər

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]