Iteca Caspian LLC

Iteca Caspian LLC — Xəzər regionunun ən böyük sərgi və konfrans təşkilatçılarından biridir. 2000-ci ildə yaradılmış şirkət beynəlxalq standartlara uyğun tədbirlər təşkil edir. Iteca Caspian və beynəlxalq tərəfdaşları olan ICA Eurasia və CEM FZ MMC şirkətlərin təşkilatçılığı ilə keçirilən tədbirlər arasında: Bakı Enerji Həftəsi (Xəzər Neft və Qaz, Caspian Power, Bakı Enerji Forumu), Aquatherm Baku, BakuBuild sərgiləri yer alır[1][2][3].

Iteca Caspian
Iteca Caspian LLC
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi sərgi və konfrans təşkilatçısı
Təsis tarixi 2000-ci il
Baş qərargahın yeri Azərbaycan, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 61.
Struktur
İşçi sayı 40+
Rəhbərlik
Təsisçi Fərid Məmmədov
iteca.az

Bakı Enerji Həftəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Bakı Enerji Həftəsi

Iteca Caspian, Xəzər regionunun neft-qaz və enerji sektorunda nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq "Xəzər Neft və Qaz" Sərgisinin, 10-cu Yubiley Xəzər Beynəlxalq "Energetika və Bərpa Olunan Enerji" Sərgisinin, eləcə də "Xəzər Neft və Qaz" konfransının davamçısı olan Bakı Enerji Forumun təşkilatçısıdır[4][5]. Forum ənənəvi "Xəzər Neft və Qaz" ("Caspian Oil & Gas") konfransının missiyasını daha geniş spektrdə davam etdirəcək. 2022-ci ildə Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak etdi[6].

border=none Əsas məqalə: BakuBuild

Iteca Caspian İnşaat sahəsində AzərbaycanınQafqaz bölgəsinin böyük, ixtisaslaşmış Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin təşkilatçısıdır. BakuBuild Azərbaycanda və Qafqaz regionunda tikinti və bəzək materiallarını bir araya toplayan beynəlxalq sərgidir. Hər il 400-dən çox şirkətin iştirak etdiyi sərgi 10000-dən çox ziyarətçi qəbul edir. BakuBuild hədəf auditoriyasını cəlb etmək, bütün Azərbaycan və Qafqaz regionunda satışları genişləndirmək və artırmaq üçün effektiv biznes platformasıdır.[7]

border=none Əsas məqalə: Aquatherm Baku

HVAC sahəsində Azərbaycanın və Qafqaz regionunun ən böyük ixtisaslaşmış sərgisidir. Aquatherm Baku — istilik, havalandırma, hovuzlar, sauna, Spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərginin əsas bölmələri bunlardır: İsitmə sistemləri və avadanlıqları, su və kanalizasiya texnologiyaları, havalandırma sistemləri və avadanlıqları, hava kondisionerləri, soyuducu qurğular, üzgüçülük hovuzları və avadanlıqları, nasoslar, fitinqlər, borular.

  1. "Bakıda "Iteca Caspian" və onun tərəfdaşı "ITE Group Plc" şirkətlərinin təşkilatçılığı ilə tibb sərgiləri açılıb". apa.az. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2022.
  2. "Gələn ay növbəti sərgilər mövsümü start götürəcək". 1news.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2022.
  3. "Iteca Caspian, Caspian Event Organizers to host 24 exhibitions in 2019". azertag.az. 2019-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.
  4. "İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib". president.az. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2022.
  5. ""Iteca Caspian" bu il 23 layihə reallaşdırmağı nəzərdə tutur". AzerTac. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2022.
  6. "Azərbaycanda Bakı Enerji Həftəsi başlayıb". AzerTac. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2022.
  7. ""BakuBuild 2019" sərgisi başlayıb". Real TV. İstifadə tarixi: 30 iyun 2022.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]