Aquila nipalensis

Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Çöl qartalı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Çöl qartalı
Beynəlxalq elmi adı

Azərbaycanda sayı azalan nadir, köçəri növdür.

Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır.

Yaşayış yeri

[redaktə | mənbəni redaktə et]

Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır.

Təbiətdə sayı

[redaktə | mənbəni redaktə et]

Dəqiq məlumat yoxdur. Adətən 250 – 300 km məsafədə 2 - 3 çöl qartalına təsadüf olunur.

Azərbaycanda yuvalamır.

Rəqibi, düşməni, xəstəliyi

[redaktə | mənbəni redaktə et]

Məlum deyil.

Sayının dəyişilmə səbəbləri

[redaktə | mənbəni redaktə et]

Uzun müddət insan tərəfindən təqib edilməsi, xam torpaqların əkin sahələrinə çevrilməsi, gəmiricilərə qarşı kimyəvi mübarizə üsulunun tətbiq edilməsi çöl qartalının sayını azaldır.

Qorunması üçün zəruri tədbirlər

[redaktə | mənbəni redaktə et]

Növün qorunmasını daha geniş təbliğ etmək, köçmə zamanı gəmiricilərə qarşı kimyəvi mübarizəni məhdudlaşdırmaq lazımdır.