Arğac

əriş sapları (1)arğac (2)

Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır.

Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.