Arıkimilər (lat. Apoidea) — iynəlilər (lat. Aculeata) infradəstəsinin fəsiləüstü.
Arıkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: Ranqsız: Yarımdəstə: Fəsiləüstü: Arıkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Arıkimilər biogeosenozlarda gedən mürəkkəb bioloji proseslərdə, xüsusilə bitkilərin çarpaz tozlanmasında mühüm rol oynayan çoxsaylı və geniş yayılmış yerüstü onurğasızlardandır. Örtülütoxumlu bitkilər və həşəratlar Yer kürəsi landşaftlarının rəngarəngliyini müəyyən edən nəhəng simbiotik komplekslər təşkil edirlər. Onlara entomofil bitkilər olan qurunun bütün sahələrində rast gəlmək olur. Arıkimilər bütün çiçəkli bitkilərin: meyvə-giləmeyvə, bostan-tərəvəz, bir sıra texniki, yağlı, dərman və bəzək bitkilərinin tozlanmasında birbaşa iştirak edirlər. Xüsusilə arıkimilər yem bitkiləri əkinlərinin tozlanmasında böyük rol oynayırlar. Onlar digər tərəfdən çoxlu yabanı, o cümlədən yem və dərman bitkilərinin əsas tozlayıcılarıdır. Bir çox kənd təsərrüfatı bitkilərinin arıkimilərlə tozlanması aqrotexnikanın əsas elementlərindəndir. Becərilən bitkilərin məhsuldarlığının artırılması üçün arıkimilərin növ tərkibinin və həyat formalarının öyrənilməsi tələb olunur. Tozlayıcıların həyat fəaliyyətini öyrənmədən entomofil bitkilərin məhsuldarlığının artırılması məsələsinin həlli müasir dövrdə mümkün deyildir[3]. Arıkimiər və sfekoid qazıcı arılar (Apoidea) fəsiləüstü özündə müvafiq olaraq 20000 arıkimi və 10000 sfekoid və ya qazıcı arı (Spheciformes) növünü birləşdirir. Onlara Antarktidadan başqa bütün qitələrdə rast gəlmək olar. Enerji mənbəyi kimi nektarla qidalanmaq, zülallar və digər bəsləyici maddələrlə təmin olunmaq üçün xüsusi uyğunlaşmalar qazanmışlar.