Arakamçeçen (çuk. Иръыкамчечъын, esk. Кигини) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində yerləşən ada. Berinq boğazında, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir.
Arakamçeçen adası | |
---|---|
çuk. Иръыкамчечъын, esk. Кигини | |
Ümumi məlumatlar | |
Sahəsi | 267,8 km² |
Uzunluğu |
|
Eni | 21 km |
Hündür nöqtəsi | 613 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
65°45′24″ şm. e. 172°23′11″ q. u. | |
Ölkə | Rusiya |
Region |
|
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arakamçeçen adası çukçalar tərəfindən XVIII əsrin əvvəllərindən mənimsənilməyə başlanılmışdır. Onlar adanı Quunin ("ayrılmış") alaraq adlandırırdılar. 1827-ci ildə adada Konstantin Fyodoroviç Litkenin ekspedisiyası olmuşdur. Onlar adanın ilk dəfə xəritəyə daxil etmişlər. Adanın hazırkı adıda o zaman qoyulmuşdur. Adanın adı çukot dilindən tərcumədə "mənasız dolaşılan aldadıcı yer" anlamını verir. Bu ad əbəs yerə verilməmişdir. Ada ətrafında daim sıx duman müşahidə edilir. Bu səbəbdən dənizçilər burada öz yollarından azırlar.
1855-ci ildə Arakamçeçen adasına D. Rocersin elmi ekspedisiyası Vinsenes hidroqrafik gəmisində səfər etmişdir. Amerikan araşdırmaçıları adada yerləşən zirvələri Aleksadr Dümanın Üç muşketyor əsərinin qəhrəmanlarının adlarını qoymuşdur. Hazırda bu zirvələr çukot dilində adlandırılır.[1].
Adanın Berinq dənizi sahilində morjlara aid yataq mövcuddur. Burada avqust-sentyabr ayları 50 min baş heyvan toplaşır. Yataqda hətta dəniz məməliləri üçün nadir hal hesan edilən ağ morjlarada rast gəlinmişdir[2].
Adanın qayalı burunlarında gümüşü qağayı, Sakitokean təmizçisi, qarabatdaq kimi quşlara rast gəlinir. Adanın düzənliklərində kişik göl və bataqlıqların olması səbəbindən bura çoxlu sayda köçəri quş toplaşır. Köçəri quşlar arasında Ağ-boğaz qaz və Kanada durnası seçilir.
Adada Çukotun endemiki sayılan Senyavin yovşanı (artemisia senjavinensis) həmçinin Polygonum alaskanum kimi bitkilər Rusiyanın Qırmızı kitabına daxil olmuşdur[3]. Burada endemik üç növ mamır yayılmışdır.
Arakamçeçen adası üçbucaq formaya malikdir. Cənub-qərbində Qlazenapa buxtası yerləşir. Şimalında Kuquvan, Mako-Kuquvan və şərqində Kıqınin burunları yerləşir. Adanın şimalı əsasən qayalı və sıldırımlı burunlardan ibarətdir. Burada olan suxurlar Devon dövrünə aiddir. Sahilləri kiçik dəniz terraslarından ibarətdir. Qlazenapa buxtasında yerləşən Yarqa burnunda dil vardır. Dil qum və gildən təşkil olunmuşdur. Dil sayəsində laqun əmələ gəlmişdir.
Adanın mərkəzi hissəsində orta temperatura sahib mineral geotermal mənbə vardır.
Adanın qərb sahilində, Kıqınin burnunda qədim eskimoslara aid olan yaşayış məntəqəsi aşkarlanmışdır. Onun yaşı 2 min olaraq qiymətləndirilir. Cənub-qərbində Meynıquk, Yarqa, Paqilyak[4] yaşayış məntəqələri yerləşir.