Üç muşketyor

Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir.

Üç muşketyor
fr. Les Trois Mousquetaires
Dartanyan, Atos, Portos, Aramis 1894-cü ildə Moris Leluar tərəfindən çəkilmiş rəsm
Dartanyan, Atos, Portos, Aramis
1894-cü ildə Moris Leluar tərəfindən çəkilmiş rəsm
Janr Tarixi roman
Müəllif Aleksandr Düma
Oqüst Makenin əməkdaşlığı ilə
Orijinal dili fransız
Yazılma ili 1844
Nəşr ili 1844, 1845
Sonrakı İyirmi il sonra (1845)
Brajelon vikontu (1848)
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır.

Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub.[1]

Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib.[2]

Fransada Dartanyan adlı gənc Qaskondakı[q 1] ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur. Bu hadisə 1625-ci ilə-Kral XIII Lüdovikin[q 2] hökmranlıq etdiyi dövrə təsadüf edir. Dartanyan kral muşketyorlarının komandanı cənab de Trevilin hüzuruna atasının ona verdiyi zəmanət məktubu ilə təşrif buyurur. Dartanyanın üç dueldən sonra muşketyorların ənənəvi düşməni olan kardinal[q 3] de Rişelyenin mühafizə dəstəsi ilə Atos, Portos və Aramisin[q 4] iştirak etdiyi döyüş nəticəsində adları çəkilən bu dörd personaj dostlaşır. Portosun əsl adı dü Valondur, Atos kimi təqdim olunan qraf de la Fer fırıldaqçı bir qadınla kəbin nəticəsində müflisləşmişdir, Aramis isə mistik meylli qadınlara göstərdiyi meyllə ziddiyyət təşkil edən de Erble şevalyesidir.[q 5] Muşketyorların dəstəsinə qəbul edildikdən sonra, Dartanyan təsadüfən nə vaxtsa Atosun həyat yoldaşı olmuş, hazırda isə kardinalın hiyləgər agenti miledi de Vinterin qurbanına çevrilir. Bu ötəri hiss olur, lakin Dartanyan əsl məhəbbət hissi də yaşayır: o kraliça Avstriyalı Annanın sadiq qulluqçusu Konstans Bonasyeyə aşıq olur. Kraliça kralın ona hədiyyə etdiyi 12 brilyant qaşlı bəzək əşyasını aşnası qraf de Bekinhemə bağışlamışdır. Kraliçanı məhv etmək istəyən Rişelye kralın beyninə salır ki, arvadı sarayda təşkil olunan növbəti balda o bəzək əşyalarını taxmalıdır. Dörd qəhrəman İngiltərəyə üz tutmalı olur və bir çox çətinliklərlə üzləşir, ancaq yenədə tapşırığı yerinə yetirib kraliçanı xilas etməyə müvəffəq olurlar.

Muşketyorlar La Roşelin tutulması sevincini yaşayan zaman miledi protestantların tərəfdarı olan Bekinhemi öldürməyə cəhd göstərir. Muşketyorlar onu həbs edir, amma o qaçmağı bacarır. Miledi qrafı öldürtdürür və Konstans de Bonasyeni zəhərləyir. Dörd dost onun öldürdüyü lord Vinterin qardaşının köməkliyi ilə onu cəllad Betünə verərək etdiyi cinayətləri yudurdurlar. Rişelye ilə barışmış Dartanyan leytenant rütbəsinə layiq görülür. Atos kəndə qayıdır, Portos evlənir, Aramis isə keşiş olur.

  • Atos—Təqdim olunan sonuncu muşketyordur. Digər muşketyorlardan bir neçə yaş böyük olan Atos romanda həm mərd və alicənab, həm də qaradinməz, qəm içində boğulan obraz kimi təsvir edilir. O Dartanyana bir oğul kimi baxır və onu qoruyur.
  • Aramis— Üç muşketyordan üçüncüsüdür.
  • Portos— patos yaraşıqlı və dəbdə olan geyimləri sevən biridir.
  • Dartanyan— O faktik olaraq muşketyor olsa da, nəzərdə tutulan üç muşketyordan biri deyil . Roman onun muşketyor olması haqqındadır.

Muşketyorların xidmətçiləri

[redaktə | mənbəni redaktə et]
  • Plançet —Pikardiyadan olan gənc oğlandır, o Patosla Sen çayının aşağı tərəfindəki Pont de la Tournelle körpüsündə görüşüb. Patos onun yaxşı xarakterini görür və Dartanyana qulluq etmək üçün onu muzdla işə götürür. O, əsərdə igid, ağıllı və sədaqətli xidmətçi təqdim edilir.
  • Qrimaud— Breton etnik qrupundan olan şəxs. Atos tələbkar ağadır və yalnız fövqaladə hallarda öz xidmətçisinə danışmağa icazə verir; o əsasən işarələrlə ünsiyyət saxlayır.
  • Mousqueton— Bonifasi adlandırılmış milliyyətcə Normandiyalı.
  • Bazin—Berri əyalətindəndir. Bazin həmişə keşişə xidmət arzusu ilə yaşayan və öz sahibi (Aramis) ilə kilsəyə qoşulacaq günü gözləyən dindar adamdır.

Digər obrazlar

[redaktə | mənbəni redaktə et]
  • Ledi Vinter
  • Şarl Sezar de Raşfor
  • Avstriyalı Anna
  • Jan Arman Dü Peyre
  • Konstans Bonase
  • Corc Vilers, Bukingemin I hersoqu
  • Müsyö Bonase
  • Kitti
  • Con Felton

Ədəbi mənbələr

[redaktə | mənbəni redaktə et]
Üç muşketyorun təsviri olan Belarusiya Respublikasının Milli Bankına məxsus qəpik

Əsərə yazdığı ön sözdə Düma qeyd edir ki, o Fransa Milli Kitabxanasında yaradacağı əsər üçün materiallar axtaran zaman romanın əsasını təşkil edəcək bəzi xatirələrə rast gəlir. Düma “Kral muşketyorlarının birinci bölüyünün kapitan-leytenantı cənab Dartanyanın xatirələrinə” (fr. Mémoires de Monsieur d’Artagnan, capitaine lieutenant de la première compagnie des Mousquetaires du Roi) rast gəlir və heç nəyi uydurmadan onları canlandırır. Düzdür, yazılmış kitab bütünlüklə Dartanyana aid olmasa da, Dartanyanın ölümündən 27 il sonra (1700) Qasen de Kurtil de Sandra adlı yazıçı tərəfindən Kölndə dərc etdirilib.[3] Düma bu kitabı Marsel bələdiyyə kitabxanasından görütüb və geri qaytarmayıb, bunu cavabsız qalan və kitabxanaya ünvanlanmış çoxsaylı məktublar sübut edir.

Tarixi asılılıq: Fransua de Laroşfuko qeyd edir ki, qrafinya Lüsi Karlayl ziyafətdə Bekinqem hersoqunun brilyant sırğalarını kəsir. Avstraliyalı Annanın brilyant boyunbağılarının hekayəsini Aleksandr Düma Fransua de Laroşfukonun xatirələrindən götürüb.

  1. Fransanın cənubunda bir vilayətdir. Qaskoniya əsilzadələri ,adətən ,kral qvardiyasına xidmət edirlər.
  2. Fransa kralı (1610-1643). XIII Lüdovik tamamilə özünün birinci naziri- kardinal Rişelyenin nüfuzu altında olmuşdur. Rişelye mütləqiyyət tərəfdarı olaraq, dvoryanların feodal azadlığını pozmaq və protestantların azadlıqlarını darmadağın etmək siyasətini təkidlə yürüdürdü.
  3. Roma katolik kilsəsində baş ruhani rütbəsidir.
  4. Əsərə yazdığı öz sözdə müəllif qeyd edir ki, personajların adlarının "os" və "is" şəkilçiləri ilə bitməsinə baxmayaraq, onlarda heç bir mifoloji cəhət yoxdur.
  5. Feodal Fransada zadəgan rütbəsi.
  1. "The Three Musketeers" (ingilis). librivox.org. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr,2014.
  2. "The Three Musketeers" (ingilis). 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr,2014.
  3. "Alexandre Dumas and the Epic Romance of the Musketeer" (ingilis). sirclisto.com. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr,2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]