Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aralıq dənizi irqi — ağ irqə daxil olan; çox geniş bir sahəni əhatə edən, amma tipik olanları İber yarımadasında, Qərb Aralıq dənizi adalarıyla Cənubi Fransa və İtaliyada, Cənub-Şərqi Balkanlarda görülən; tünd qəhvəyi, yatık-dalğalı saç, tünd qəhvəyi göz, əsmər dəri, qısa boy, narın quruluş , uzun baş, incə və uzun üz, dolğun dodaq və incə burun kimi xüsusiyyətlərlə sıralanan irq.
Ümumiyyətlə əsmər yada tünd əsmər dərili, saçlar qara və dalğalı, gözlər tünd rəngli, burunlar incə və gine burunlarının kürəklərinə düz yada kəmərli, üz uzun və baş isə dolikosefal yada mezosefaldir. Ataları ön Akdenizlilerdir. Bundan 11 min il əvvəl İsraildə Natufiyen epipaleolitik (ən köhnə daş dövrü) dövrü yəni daşı daşı yonub şekillendirebiliyor.
Narin quruluşlu Aralıq dənizi irqinin təməl kəllə xüsusiyyətləri; yüksək kəllə və gövdə qalınlığı daha kiçik, qol və qıç sümükləri isə daha incədir.
İlk dəfə olaraq Aralıq dənizi irqinin fiziki və sosial təsviri 1851-ci ildə şotland alimi Vilyam Rhind tərəfindən verilmişdir. Vilyam Rhind 15-ci bölmədə Qafqaz irqini və onun keçid irqlərini aşağıdakı təsvirlərində vermişdir.
Onun fikrincə, bu irq yaxşı formalaşmış baş, arxadan önə doğru uzanmış və mülayim genişlikdə oval sifət, xüsusiyyətləri yaxşı nəzərə çarpan və zərif formalaşan, qaraşın sifət rəngi, tünd qəhvəyi və ya qara gözlər, erkən bozlaşan qara saçlar, orta ölçüdə formalaşan yaraşıqlı əllər və ayaqlarla xarakterizə olunmuşdur. Onlar Avropanın cənubi və qapalı hissəsində məskunlaşmışdırlar. Vilyam Z. Ripleyə görə, Aralıq dənizi irqinə mənsub olan əhalinin irqi xüsusiyyətləri bunlardan ibarətdir. Bunlar: qara saç, qara gözlər, uzun sifət, dolixokefal kəllə və xalqlara görə uzunluğu dəyişə bilən ensiz burun.
Renato Biasutti-yə görə isə, Aralıq dənizi irqi tipinə daxil olan əhali irqi xüsusiyyətlərinə görə dümağ və ya qarabuğdayı ağ dəri, şabalıdı və ya tünd şabalıdı gözlər və saç, 3-cü saç örtüyünün zəif inkişafı, orta-aşağı biçimdə orta lonqilinea bədən, böyük açıq gözlər, oval sifət, dolixokefal kəllə, nazik burun ilə xarakterizə olunur.