Aralıq dənizi mətbəxi

Aralıq dənizi mətbəxi — Alimlərin ortaq fikrinə görə, Aralıq dənizi mətbəxi və pəhrizi uzun yaşamağın stimuludur. Məşhur mətbəxlərdən biri, öz yeməkləri ilə fərqlənir. Dünyanın ən yaxşı mətbəxlərindən biri kimi sayılır. Hər regionunda fərqli yeməklər bişirilir[1][2][3].

Aralıq dənizi regionun mətbəxi öz təzəliyi, yüngüllüyü və incə ətiri ilə adamı valeh edir. Deyirlər ki, bu, varlıların dünyasına yol tapmış kasıbların qidasıdır[4][5][6].

“Heyrətləndirici xəbər”

[redaktə | mənbəni redaktə et]

Seynt-Etyen Universitetin alimləri miokard infarktından əziyyət çəkən 600 pasientdən ibarət olan qrup üzərində tədqiqat aparıblar. Pasientlər iki qrupa bölündülər. Birinci qrup az kalorili pəhrizi, ikinci isə zeytun yağı, makaron, təzə meyvə və tərəvəzlər, paxlalar, az miqdarda qırmızı ət, daha çox miqdarda ev quşların əti, balıq, və yemək zamanı qırmızı şərabın istifadə olunması prinsiplərə əsaslanan Aralıq dənizi reqionunun pəhrizini tutmalı idir. Tədqiqatın nəticələri heyrətləndirici oldu. Cəmi iki il ərzində böyük fərq müşahidə olunub – “Aralıq dənizi pəhrizini tutan qrupda” həyatın müddəti əhəmiyyətli dərəcədə artıb, xərçənq xəstəliyi halları isə 61% azalıb[7][8][9].

Bağ qonaqlığı

[redaktə | mənbəni redaktə et]

Tərəvəzlər, göyərti və zeytun yağı. Bunlara balıq, dəniz məhsulları, pendir, makaron, düyü, sarımsaq, zeytun, oreqano kimi məhsulları əlavə etsək, Aralıq dənizi reqionun mətbəxi haqqında anlayış əldə edə bilərik. Axşam qonaqlığınızın müvəffəqiyyətli keçməsini istəyirsinizsə, bağınızda Aralıq dənizi reqionun mətbəxinə aid delikateslərindən hazırlanmış süfrəyə dostlarınızı dəvət edin[10][11].

Portuqaliyalıların fikrinə görə, müasir mətbəxin gözəl dadına görə biz məhz onlara minnətdar olmalıyıq. Böyük səyahətçilər, güvvətli müstəmləkəçilər Avropaya qəhvə, qamış qəndi, paxlanın yeni növləri, və həmçinin düyü, bibər və mixək mimi çoxlu yeniliklər gətirmişdir[12][13].

Tapas – İspaniyadan balaca qəlyanaltı

[redaktə | mənbəni redaktə et]

İspaniyanın bar və kafelərində verilən tapas olduqca populyardır. Onlar çaxır ilə verilən üzərində müxtəlif delikateslər olan balaca boşqablardır. Tapasın inqrediyentləri tamamilə aşpazın yaradıcılıq həvəsindən asılıdır. O, ətirli zeytun və ya dəniz məhsullarından ibarət olan miniatyur boşqab ola bilər. Deyirlər ki, tapas ən’ənəsi (örtmək, bağlamaq kimi tərcümə olan “tapar” fe’lindən) barlarda verilən xeres* stəkanını milçəklər qonmasın deyə çörəklə örtmək vərdişindən əmələ gəlib. Həmçinin deyirlər ki, bu, müştərilər belə dadlı qapağı yeyib evə getmək əvəzinə sifariş etməyə davam edəcəklərinə ümid edən barmenlərin ağıllı ideyaları idi[14][15][16].

Etiket qaydaları

[redaktə | mənbəni redaktə et]

Əsl İtalyan naharını yemək bir az gəliz məsələ ola bilər, çünki boşqabda nə isə qoymaq düzgün sayılmır. Beləliklə, İtalyan ev sahiblərinizin və ya yerli restoran sahiblərin xətirinə dəyməmək üçün, nahardan əvvəl ləzzətli buterbrod və ya dadlı dondurma yemək arzusundan imtina edin[17].

Günəşli İtaliyanın mətbəxi

[redaktə | mənbəni redaktə et]

İtaliyanın mətbəxi nəinki Aralıq dənizi reqionunda, hətta bütün dünyada ən məşhur mətbəxlərdən biri sayılır. İtaliyanın rəmzinə çevrilən spaqetti və yaxud pizza İtaliyanın 19 reqionuna məxsus olan zənginlik və müxtəlifliyi əks etmir. Spaqetti, farfalle, talyatelle. Bütün xörəkləri saymaq çətindir. 600 mindən çox makoron növü var[18][19][20].

Aralıq dənizi pəhrizi Aralıq dənizi pəhrizini dünyada məşhur edən: National Geographic Jurnalına əsasən, bu pəhriz ömrü uzadır və uzun ömürlü millətlərin pəhrizlərinə daxildir. Aralıq dənizi ərzaqları əsasən meyvə və tərəvəzlərdən, un məhsulları, balıq və süd məhsullarından ibarətdir. Yo-yo effekti verən kəskin pəhrizlərdən fərqli olaraq, bu çəkini normal diapozonda saxlamağa imkan verdiyi və sağlamlığı qoruduğu üçün Aralıq dənizi pəhrizi adlanır. Bəzi Aralıq qanunları: həftəlik olaraq bir qədər balıq və 4 yumurta yemək; gündəlik menyuya bir az yoğurt və pendir əlavə etmək, eləcə də meyvə və tərəvəzlər. Normal yağ əvəzinə bitki yağı və ya rafinə olunmamış yağ istifadə edin və alkoqollu və ya alkoqolsuz içkilərin əvəzinə su için. Gündəlik fiziki aktivlik də vücudu yaxşı saxlayan Aralıq dənizi pəhrizinin bir hissəsidir[21][22][23].

  1. Oteros, Jose. "Modelización del ciclo fenológico reproductor del olivo". Universidad de Córdoba (PhD Thesis). 2014. 27 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2016.
  2. David, 1988, Introduction, pp.16–17
  3. Essid, 2012, p.29
  4. Boskou, D., redaktorOlive Oil. Chemistry and Technology. AOCS Press. 1996.
  5. Vossen, Paul. "Olive Oil: History, Production, and Characteristics of the World's Classic Oils". HortScience. 42 (5). 2007: 1093–1100.
  6. Lanza, Fabrizia. Olive: a global history. Reaktion. 2011. səh. 15.
  7. FAOSTAT Arxiv surəti 18 yanvar 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib yanvar 18, 2013, at the Wayback Machine, 2011
  8. World Olive Encyclopedia. International Olive Council. 1996. ISBN 84-01-61881-9.
  9. Terazono, Emiko. "Olive oil demand falls in Europe homelands". Financial Times. 14 January 2015. 8 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2016.
  10. Tanno, K. Willcox; Willcox, G. "How fast was wild wheat domesticated?". Science. 311 (5769). 2006: 1886. doi:10.1126/science.1124635. PMID 16574859.
  11. Jared Diamond. Guns, Germs and Steel: A short history of everybody for the last 13,000 years. Viking. 1997. ISBN 0-09-930278-0.
  12. Essid, 2012, p.51 and passim
  13. Abis, Sebastien. "Wheat in the Mediterranean Region: Societies, Trade and Strategies" (PDF). International Centre for Advanced Mediterranean Agronomic Studies (CIHEAM). 2012. 31 August 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 May 2016.
  14. Ozner, Michael. The Complete Mediterranean Diet. Benbella Books. 2014. 573–576. ISBN 978-1-939529-96-1. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-20.
  15. Alberini, Massimo; Mistretta, Giorgio. Guida all'Italia gastronomica. Touring Club Italiano. 1984. səh. 37.
  16. Jack S. Blocker, Jr.; David M. Fahey; Ian R. Tyrrell. Alcohol and Temperance in Modern History: An Global Encyclopedia. ABC-CLIO. 2003. 478–. ISBN 978-1-57607-833-4. 26 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2013.
  17. Stein, Rick. "Galaktoboureko with orange syrup". BBC. 20 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2016.
  18. Rumm-Kreuter, D. "Comparison of the eating and cooking habits of northern Europe and the Mediterranean countries in the past, present and future". Int J Vitam Nutr Res. 71 (3). May 2001: 141–148. doi:10.1024/0300-9831.71.3.141. PMID 11582834.
  19. Willett, W.C.; Sacks, F.; Trichopoulou, A.; Drescher., G.; Ferro-Luzzi, A.; Helsing, E.; Trichopoulos, D. "Mediterranean diet pyramid: a cultural model for healthy eating". American Journal of Clinical Nutrition. 61 (6). June 1995: 1402S–6S. PMID 7754995. 2010-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-21. We present a food pyramid that reflects Mediterranean dietary traditions, which historically have been associated with good health. This Mediterranean diet pyramid is based on food patterns typical of Crete, much of the rest of Greece, and southern Italy in the early 1960s, where adult life expectancy was among the highest in the world and rates of coronary heart disease, certain cancers, and other diet-related chronic diseases were among the lowest.
  20. "The Basics of Mediterranean-Style Eating". The American Diabetes Association. (#accessdate_missing_url)
  21. Wright, 1999, p.xv
  22. David, 1950, whole book
  23. Helstosky, 2009, p.x