Aralıq inzibati akt

Aralıq inzibati akt — inzibati aktların qəbulundan əvvəl anılan aktlar. İnzibati aktlar konkret hüquqi nəticə yaradan hüquqi əqdləri ifadə edir. Lakin inzibati orqanların bütün qərarları hüquqi nəticə yaratmır. Bunların bəziləri idari daxili aktlar olduğu halda, digərləri inzibati aktların qəbulundan əvvəl, onunla əlaqədar olaraq anılan aktlardır. Məhz bunlara aralıq inzibati akt deyilir.[1]. Məsələn, rayon icra hakimiyyətinin memarlıq şöbəsi rəisinin, icra başçısına göndərdiyi təqdimat aralıq inzibati aktdır.

Aralıq inzibati aktın digər tərifi: konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt.

Mənbələr[redaktə | mənbəni redaktə et]

  1. Fərhad Mehdiyev. İnzibati Hüquq. Adiloğlu Nəşriyyatı, Bakı 2010, s.219