Araz üzərində işıq (film, 1971)

Araz üzərində işıq filmi rejissor Əlibala Ələkbərov tərəfindən 1971-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film iki qonşu ölkənin-Azərbaycanİran inşaatçılarının birgə səyi ilə Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən və açılışından bəhs edir.

Araz üzərində işıq
Janr sənədli
qısametrajlı
Rejissor Əlibala Ələkbərov
Ssenari müəllifi Sabir Əhmədov
Operatorlar Əlibala Ələkbərov
Maqsud Əliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1971
Filmin növü qısametrajlı sənədli film
Ölkə Azərbaycan Azərbaycan SSR
İl 1971
Texniki məlumatlar 1 hissə
280 metr
Rəng rəngli

Film iki qonşu ölkənin-Azərbaycanİran inşaatçılarının birgə səyi ilə Arazın ram edilməsindən, Araz üzərində hər iki ölkəni enerji ilə təmin edəcək elektrik stansiyasının tikintisindən, tikintidə çalışan fəhlə və mütəxəssislərin əməyindən, stansiyanın təntənəli açılışından bəhs edir.[1]

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Sabir Əhmədov
Rejissor: Əlibala Ələkbərov
Operator: Əlibala Ələkbərov, Maqsud Əliyev

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 135

Azərbaycan filmlərinin siyahısı
1971-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı