Araz tıs-tısı (lat. Acantholimon araxanum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Araz tıs-tısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Araz tıs-tısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
İran-Turan coğrafi elementinə daxildir. Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Anadolunun cənub-şərqi, İranın şimal-qərbi, Qərbi Azərbaycan ostanının Xoy şəhristanı və Araz çayı ətrafında yayılmışdır.
20-35 sm diametrində yastığı seyrək və yarımkürəşəkilli, alçaq koldur. Yaz yarpaqları qısa, yastı, 2 mm enindədir. Yay yarpaqları göyümtül-açıq yaşıl, yastı, üçtilli, xətti-bizşəkilli, sərt, 3-5 (5,5) sm uzunluqda və 1-1,5 sm enində, iti, kənarları narın kirpikli, kələ-kötürdür. Çiçək daşıyıcısı 15-20 sm hündürlükdə olub, yarpaqdan uzun, çılpaq, yuxarı hissəsi kəskin qıvrım, kövrək, adətən 1-2 yan budaqlı, bəzən isə sadədir. Çiçəkləri sünbül çiçək qrupunda yerləşmiş, sünbülcükləri 11-14 mm uzunluqda olub, birçiçəklidir. Çiçəkaltlığı çılpaq, xaricdəki 5-9 mm uzunluqda, üçbucaqlı, daxildəkilərdən qısa, yaxud onlara bərabər, sivriləşmiş, ensiz, pərdəvari haşiyələnmişdir. Kasacığı 10-14 mm uzunluqda, qıfşəkilli, damarların arası dağınıq tükcüklü, iti çıxıntılıdır. Ləçəkləri parlaq çəhrayıdır. May-iyun ayında çiçəkləyir, iyun-iyulda toxumları yetişir.
Kserofitdir. Şaxtaya, quraqlığa davamlıdır. Aşağı, orta və yüksək dağlıq qurşaqlarda, dəniz səviyyəsindən 900-2800 metr yüksəklikdə, quru daşlı-çınqıllı yamaclarda yayılmışdır. Ona bəzən əhəngdaşlı torpaqlarda da rast gəlinir.
Naxçıvan MR ərazisində Arazboyu və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayılmışdır. Naxçıvan MR-nın Qırmızı Kitabına (Talıbov, İbrahimov-2010) daxil edimişdir.
Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.