Arazbar tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı.
Arazbar tüməni (Arazbar hakimliyi) | |
---|---|
Tümən-e Arasbar (Arazbar ölkəsi) | |
Ölkə | Elxanilər dövləti Azərbaycan Qarabağ |
Daxildir |
1. Dizaq 2. Arasbar 3. Dağlıq Dizaq |
İnzibati mərkəz | Arazbar (Ağcabədi)[q 1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | XIII əsrlər |
Ləğv edilib | 1800 |
Müasir dövrdə | Azərbaycan |
|
Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arazbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi".