Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dizaq nahiyəsi — Qarabağda XIII əsr-1939 inzibati nahiyə.
Qarabağ bəylərbəyliyinin Arazbar ölkəsinin inzibati ərazisi.
1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Dizaq sancağı nahiyəsi.
Dizaq nahiyəsi 79 kənd 3 qışlağı 1 məzrədən ibarətdi. Bu kəndlərdən 33 boş və kimsəsiz olub onların yalnız vergi hasılatı qeyd olunmuşdur.
1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Bərgüşad livasının Dizaq nahiyəsi
86 Köy bulunmakta 41 köy ise boştur vergi veren :
Pənahəli xan Sarıcalı-Cavanşir Dizaq nahiyəsi 4 mahala böldü. Dizaq mahalı, Dizaq-Cəbrayıllı mahalı, Cavanşir-Dizaq mahalı, Xırdapara-Dizaq mahalı.
Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Mahalın ərazisi yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.
Mərkəzi— Hacılı obası Sərhədləri —Qərbdən Xırdapara-Dizaq mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Dəmirçihəsənli mahalı, cənubdan Ərdəbil xanlığı Cavanşir-Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.
Mərkəzi — əvvəlcə Pirəhmədli kəndi, sonra Saracıq kəndi Sərhədləri — Qərbdən Dizaq-Cəbrayıllı mahalı, şimaldan Dizaq mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı. Xırdapara-Dizaq mahalı 1822-ci ildə ləğv edildi. Dizaq nahiyəsinin tərkibinə qatıldı.
Mərkəzi— Cəbrayıl şəhəri kəndi. Sərhədləri — Qərbdən Bərgüşad mahalı, şimaldan Dizaq mahalı, şərqdən Xırdapara-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı Mahal öz adını Cəbrayıllı elindən alıb. Mahal 1822-ci ildə ləğv olundu. Dizaq mahalına bağlandı.
1923-cü ildə Sovet Sosialist Respublikaları İttifaqının Azərbaycan Sovet Sosialist Respublikasınin Dağlıq Qarabağnın Dizaq nahiyəsi (rayonu) Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Dizaq rayonu. Bu rayonun tərkibində 5 nahiyə (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi. 1939-cu il avqustun 17-də Dizaq rayonu isə Hadrut adlandırılmışdır.[3]
Gence-Karabağ Eyaletinin Müfessel Defteri, s.472–484.