Arbat (Moskva)

ArbatMoskvanın tarixi mərkəzində təxminən 1 km uzunluqlu piyada küçəsidir. Arbat küçəsi XV əsrin sonlarında salınıb və bu da onu Moskvanın bu günə gəlib çıxmış ən qədim küçələrindən biri edir. Moskvanın Arbat rayonunun mərkəzi hissəsini təşkil edir. Əvvəllər küçə ticarət yolunun bir hissəsi idi və bir çox sənətkarlar burada yaşayırdı.

Arbat
Арбат
Ümumi məlumatlar
Ölkə
Uzunluğu
  • 1,2 ± 0,1 km
Poçt indeksi 119019, 119002

XVIII əsrdə rus zadəganları Arbatı Moskvanın ən nüfuzlu yaşayış sahəsi hesab edirdilər. Napoleonun Moskvanı işğalı ilə əlaqədar 1812-ci ildə baş vermiş böyük yanğınla, demək olar ki, tamamilə məhv edildi və bundan sonra küçənin yenidən qurulmasına ehtiyac yarandı. XIX əsrin sonu və XX əsrdə kiçik zadəganların, sənətkarların və alimlərin yaşadığı yerə çevrildi. Sovet dönəmində isə bir sıra yüksək vəzifəli dövlət məmurları Arbatda yaşayırdılar.