Arboviruslar — Bu qrup viruslar öz adlarını Arthropodborne sözündən almışdır ki, bu da "buğumayaqlılarla keçirilən viruslar" deməkdir. Arboviruslar təbiətdə çox geniş yayılmışlar. Hal-hazırda isə 200-dən artıq növü müəyyənləşdirilmişdir. Bu qrupun nümayəndələri insan və heyvanın bir sıra xəstəliklərini əmələ gətirirlər. Bu viruslar adətən quşların, soyuqqalıların,gənələrin,ağcaqanadların,mığmığaların bədənində parazitlik edirlər . Bir sıra buğumayaqlılar nəinki bu virusların keçiricisi, hətta bunlar həmin virusların qoruyucusu hesab olunurlar. Əksəriyyət arboviruslar sferik formada viruslar olub, 25dən 120–180 mkm qədər böyüklükdə olurlar. Onların tərkibi RNT dən, zülaldan, lipidlərdən və xarici təbəqədən ibarətdir. Bu qrupun ayrı-ayrı nümayəndələri həm müxtəlif hüceyrə kulturasında inkişafına görə, həm də sitopatogen effekt göstərmə xarakterinə görə bir-birindən fərqlənirlər. Bu qrupa ensefalit,sarı qızdırma,hemorragik qızdırma və papataçi virusları aiddirlər.
Arboviruslar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Tibb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |