Ardıcıl (serial) – zaman və məkan baxımından ardıcıl yerləşmiş. Verilənlərin ötürülməsində: ardıcıl ötürmə, informasiyanı ayrıca kanalla, məsələn, ardıcıl portda olduğu kimi, birdəfəyə bit-bit göndərməkdir. Verilənlərin emalının və hesablamaların başqa aspektlərində: ardıcıl erişim, axırıncı tapılmış elemetin yerinə əsaslanaraq informasiyanın axtarılması üsuludur; ardıcıl kompüter, bir hesab və məntiq bloku olan qurğudur; ardıcıl toplama, mərtəbə-mərtəbə toplamadır (məsələn, məktəb qaydası ilə – sütun-sütun), bunun əksi olan paralel toplamada bütün rəqəmlər birdən toplanılır.