Ardea purpurea

Kürən vağ (lat. Ardea purpurea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.

Kürən vağ
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Kürən vağ
Beynəlxalq elmi adı

Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur.

Nadirdir.

Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yayılması genişdir, təbii və süni su hövzələrinin kənarlarını əhatə edir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Təbii və süni su hövzələrinin sahillərində, qamış cəngəlliyində yaşayır. Çox vaxt qamışların arasında sakit dayanıb şikarlarını gözləyir. Azərbaycana nəsil vermək üçün gəlir, buradan miqrant populyasiyası da keçir. Əsasən alaqaranlıq vaxtda fəal olur, sutkanın qalan vaxtında qamışlıqda gizlənib sakit qalır. Aprel ayında qamış cəngəlliyində quru qamış hissələrindən yuva tikir. Yuvası sudan 0,5–1,2 m hündürlükdə yerləşir. May ayında 4–5 ədəd yaşıltəhər-mavi yumurta verir, 28–30 gün kürt yatıb bala çıxarır. İyul ayının axırlarında müstəqil uçan pərvaz cavanlarına təsadüf olunur. Balıq, qurbağa, suilanı, siçan, xərçəng və iri həşəratlarla qidalanır. Əsas yemi qurbağadır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əvvəllər balıqyeyən quş bilib tələf edilməsi, sonralar böyük göl və bataqlıqların qurudulması, kiçik su hövzələri sahəsində qamış əvəzinə ciyəm bitməsi (ciyəm üzərində vağ yuva tikə bilmir), qamış cəngəlliyinin yandırılması halları.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Faydalı faunaya daxil edilib. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Nadir olmasının əhaliyə bildirilməsi, qamış cəngəlliyinin yandırılması hallarının aradan qaldırılması.