Ardenlər

Fransız Ardenleri'nde Meuse Nehri'nin görünüşü.

Ardenlər (fr. Ardennes - "sıx meşəlik") — sıx meşələrlə örtülmüş, böyük bir hissəsi Belçika, Lüksemburq və Fransa ərazisinə düşən dağ sisliləsi. Fransada "Champagne-Ardenne" bölgəsi adını bu dağ silsiləsindən almışdır.

Ardenlərin maksimum hündürlüyü 650 m, orta hündürlüyü isə 350–500 m arasındadır. Regionun əsas xüsusiyyətlərindən biri də bulaqların yaratdığı kəskin yamaclı vadilərdir. Bunlardan ən böyüyü Meuse vadisidir. Bölgənin ən böyük şəhərləri Liege və Namur Meuse vadisində yerləşir. Ardenlər Almaniyada Ayfel dağına birləşir. Eifel və Arden ayrı ayrı iki silsilə kimi görünsədə eyni geoloji quruluşa malikdir.

Bölgənin adı antik dövrlərdə "Arduenna Silva" adlanırdı. Bu geniş ərazini əhatə edən meşə Belçikadakı Sambre çayından Almaniyadakı Reyn çayına kimi uzanır. Hal-hazırda Ardenlərin sahəsi azalmışdır. Bu ərazinin vacib yer olması uzun illər ərzində avropalılar münaqişə zonasına çevirmişdir. XX əsrdə ərazinin təbii-coğrafi şəraitinin əlverişsizliyi irəli sürülərək burada hərbi sınaqlar ləğv edilmişdir. Ancaq I və II dünya müharibələri dövründə almanlar bu riskə gedərək Ardenləri keçərək Fransaya daxil olmuşlar. Bu dövrdə Ardenlər çox ekoloji zərər məruz qalmışdır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ərazinin meşə və yay otlaqları ilə örtülməsi burada heyvandarlığın inkişafına şərait yaratmışdır. Əsasən südlük istiqamətində heyvandarlıq inkişaf eləmişdir. Faunaflorası olduqca zəngindir. Həmçinin ərazinin çox gözəl mənzərəli olması turizmin müxtəlif sahələrinin inkişafına şərait yaratmışdır. Belçikanın ən mühüm turizm bölgəsidir.