Ardnamerxan (ing. Ardnamurchan, şot.kelt Àird nam Murchan) — Şotlandiyanın şimal-qərbində, Hebrid dənizi sahillərində yerləşən yarımada. Cənub sahillərini Lox Sunart fiordu yuyur. Fiord Ardnamerxanı Morvernadan ayırır. Hazırda Ardnamerxan Haylandin bir parçası olaraq göstərilir.
Ardnamerxan yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 400 km² |
Yerləşməsi | |
56°54′00″ şm. e. 5°59′00″ q. u.HGYO | |
Akvatoriya | Atlantik okean |
Ölkə | Böyük Britaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımadada şəhərlər yoxdur. İnzibati mərkəz Minqarri qəsri olmuşdur. Ərazisi əsasən dağlıqdır. Buradan Şimali Şotland öndağlığı keçir. Əhalisinin sayı 2000 nəfəri keçmir. Ardnamerxan Böyük Britaniya adasının ən ucqar qərb nöqtəsidir.
İlk əvvəllər yarımada ərazisi Dal Riata krallıığı ərazisinə daxil idi. XII əsrdə isə Adalar krallığına daxil olur. Faktiki olaraq XVI əsrə qədər burada mərkəzi hakimiyyət olmamışdır. Burad Mak-İan klanı Şotlandiyanın dağlıq hissəsində qanunsuzluğun səbəbkarı olmuşdur. 1501—1506-ci illərdə Kelt üsyanları zamanı IV Yakob Mak-İan klanlarını Şotlandiyaya tabe etdirmişdir. XVII əsrin əvvəllərində isə klanlar qraf Arqayl tərəfindən Ardnamerxandan çıxarılmışdır.