Argentina İstiqlal müharibəsi

Argentina İstiqlal müharibəsi - Hərbi münaqişə 1810-1816 ci illərdə Argentina xalqının İspan ağalığına qarşı apardığı İstiqlal müharibəsi idi. Müharibənin səbəbi İspanların koloniyalarda ağalığı, kaloniyaların inşafını ləngidən qanunların qəbulu, koloniyalara xammal bazası kimi baxması və yüksək vegilərin tətbiqi kimi addımlar idi.Bu müharibənin başlamasına təkan isə koloniyalarda milli şuurun yaranması, ABŞ İstiqlal müharibəsi ,Fransa böyük ingilabı və San-Dominqoda qulların üsyanı(1791-1803) olmuşdur. Daha əlverişli vəziyyət isə Napoleon Bonapartın İspaniyanı işğal etməsi olur.

Argentina İstiqlal müharibəsi
İspaniya əlehinə olan istiqlal hüharibələri
Tarix 1810-1816
Yeri Cənubi Amerika
Səbəbi İspan ağalığına qarşı mübarizə
Nəticəsi Argentinanın azadlığı
Münaqişə tərəfləri

Çili
bordeBirləşmiş Rio de la Plata provensiyası
Böyük Kolumbiya
Peru

İspaniyaİspaniya

Komandan(lar)

Xose de San Martin
Manuel Belqrano

Visente Nieto

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibənin gedişi

[redaktə | mənbəni redaktə et]

1810-cu ilin 25 mayında Rio de la Plata viçe krallığında vətənpərvərlər viçe kralı devirərək Karlos Sisnerposanın başçılığı altında müvəqqəti xunta yaradılır.O bütün krallığı birləşdirmək cədhi vilayyətlərdə dirənişlə qarşılanır.Paraqvayda isə Buenos-Aysesdən gələn Manuel Belqranonun başçılığı ilə gələn Şimal ordusu məğlubiyyətə uğradılır.1811-ci ilin yanvar ayında müstəmləkəçilər hakimiyyətdən uzaqlaşdırılır.1813-ci ildə isə respublika quruluşu bərqarar olur.1814-ci ildə isə Ali respublika rəhbəri həkim Xose Qaspar Frans olur. Şərqi Sahil bölgəsində X.X.Artiqos 1811-ci ilin fevralında İspanlara və sonra Braziliyadan müdaxilə edən portuqallara qarşı mübarizə aparırdı. Uruqvav federasiya daxilində muxtariyyat istəyirdi,Buenos-Ayres hökuməti isə unitar dövlət qurmaq niyyətində idi. Şərq Sahil nümayəndələri konstitusiya yaradılması zamanı asambleyaya çağrılmırlar. 1815-ci ildə Buenos Ayres ordusu Yuxarı Peruda(Boliviya) məğlubiyyətə uğradılır.

Rio de laPlatanın kongresi 1816-cı ilin 9 iyulunda Tukumanedə müstəqillik elan edilir.Bu ərəfədə Buenos Ayresın səriştəsizliyindən istifadə edən Portuqaliya Şərq Sahil bölgəsinin işğalına başlayır.1821-ci ildə Artiqosın dirənişləri yatırılır ,ərazi Braziliyaya birləşdirilir.

Xose de San Martin

1817-ci ildə And ordusu Xose de San Martinin başçılığı ilə ÇiliPerunun köməyinə gedir.1817-ci ilin 12 fevralında Çili ərazisində Casabukada İspanlarla toqquşur və onları məğlub edir.Bu hadisədələrdən sonra seçilmiş ali nümayyəndə Bernardo O'Xiqqins 12 fevral 1818-ci ildə Çilinin müstəqiliyini elan edir.Çilidə İspan ağalığına 5 apreldə Maynu döyüşündəki qalibiyyətdən sonra son qoyulur.San Martin Peru legionu ilə birlikdə Peruya yürüş təşkil edir.İspanlar buradan da tam qovulduqdan sonra Perunun müstəqilliyi elan edilir.Perunu ilk prezidenti də məz San Xose olur.

Müharibə nəticəsində Rio de la Plata regionunda müstəqil dövlətlər meydana gəlir:Argentina, UruqvayParaqvay. Birləşmiş Rio de la Plata 1820-ci ildə demək olar ki dağılır. 6 fevral 1826-cı ildə təstiqlənmiş kongres Buones Ayresdə onları birləşdirən hökumət yaradılması haqqında qərar qəbul edilir. 24 dekabrda Argentinanın (Birləşmiş Rio de la Plata) konstitusiyası qəbul edilir. Uruqvay vətənpərvərləri ancaq 1828-ci ildə öz dövlətçiliyini təstiqlədə bilirlər.1830-cu ildən <Şərqi Respublika Uruqvay> müstəqil elan edilir.

  • Camogli, Pablo; Luciano de Privitellio. Batallas por la Libertad. Buenos Aires: Aguilar. 2005. ISBN 987-04-0105-8.
  • Luna, Félix. La independencia argentina y americana (Spanish). Buenos Aires: Planeta. 2003. ISBN 950-49-1110-2.