Argentit (lat. argentium — gümüş) — argirit-mineral. Tərkibi gümüş-sulfid (Ag2S). Sinqoniyası kubikdir. Kristallarında az rast gəlinir. Əsasən, püruz, kiçik damarlar, dendritlər əmələ gətirir. Rəngi qurğuşunu-bozdan dəmiri-qarayadəkdir. Metal parıltılıdır. Sərtliyi 2 - 2,5, xüsusi çəki (Sİ) 7,4. Polimetal yataqlarinda, əsasən qalənitlə birlikdə tapılır. Gümüş filizinin əsas (tərkibinin 87,1%-i) mineraldir. Azərbaycanda əsas yatağı Gümüşlüdür. Mehmana, Filizçay və s. yataqlarda da var.[1]
Argentit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Ag₂S |
Vikianbarda əlaqəli mediafayllar |