Argişti Kərəmyan

Arqişti Elbəyi Kərəmyan (Erm: Արգիշտի Էլբեկի Քյարամյան, Arqişti Elbeki Kyaramyan; 22 may 1991[1], Eranos, Aşağı Qaranlıq rayonu) — Ermənistan Milli Təhlükəsizlik Ximdətinin sabiq direktoru.[2]

Arqişti Elbəyi Kərəmyan
Արգիշտի Էլբեկի Քյարամյան
Şəxsi məlumatlar
Doğum tarixi 22 may 1991(1991-05-22)[1] (33 yaş)
Doğum yeri
Vətəndaşlığı Ermənistan
Hərbi fəaliyyəti
Vəzifəsi Ermənistan İstintaq Komitəsinin sədr müavini

2009–2011-ci illərdə hərbi xidmət olan Arqişti Kərəmyan, 2013-cü ildə İrəvan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, həmin ildən etibarən polis orqanlarında, 2014-cü ildən etibarən isə Ermənistan Respublikası İstintaq komitəsində müstəntiq olaraq fəaliyyət göstərmişdir.

2015-ci ildə Ermənistan Respublikasının Hüquq akademiyasında prokurorluq kurslarında iştirak etmiş, 2016-cı ildə İrəvan Dövlət Universitetində hüquq üzrə magistratura təhsilini tamamlamışdır.

2016-cı ildən 2018-ci ilə qədər Şirak rayonunda, daha sonra isə İrəvan şəhərində prokuror kimi fəaliyyət göstərmişdir.

2018-ci ilin iyun ayından etibarən müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, 2020-ci ilin may ayında MTX-nın rəhbərliyinə gətirilmiş və 2020-ci ilin iyun ayında isə MTX-nin direktoru kimi təsdiqlənmişdir. A.Kərəmyan Ermənistanla Azərbaycan arasında yaşanan II Qarabağ Müharibəsinin gedişində (8 oktyabr 2020) MTX direktoru vəzifəsindən azad edilmişdir. O, 24 dekabr 2020-ci il tarixində Ermənistan İstintaq Komitəsinin sədr müavini təyin olunmuşdur.

Evlidir, 2 övladı var.

  1. 1 2 Կենսագրությունը՝ ՀՀ Քննչական կոմիտեի կայքում.
  2. "Arqişti Kərəmyan — Ermənistan Hökümətinin rəsmi səhifəsi". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-19.