Argiştixinili — Urartu çarı I Argiştinin hakimiyyəti dövründə, təqribən e.ə. 776 ildə salınmış şəhər-qala. Urartu mixi yazılarında Alagöz vadisində, Araz çayının sol sahilində yerləşən Argiştixinilidə sarayların və məbədlərin tikildiyi, ətrafında bağların və üzümlüklərin salındığı qeyb olunur. Burada aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmış materiallar Urartu ilə Elam arasında əlaqələrin olduğundan xəbər verir.[1]