Argiope bruennichi

Argiope bruennichi (eşşəkarısı hörümçəyi) argiope cinsinin növlərindən biri. Şimali Avropa, Şimali Afrika, Asiyanın bəzi hissələri və Azor adaları boyunca yayılmışdır,həmçinin ABŞ-nin Şimali Karolina və Ohayo ştatlarında görülmüşdür. Argiope cinsinin digər növləri kimi qarın hissəsində sarı-qara zolaqları var.

{{{latin}}}
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
???:
Argiope bruennichi
Beynəlxalq elmi adı

Toru[redaktə | mənbəni redaktə et]

Hörümçək adətən uzun otların içərisində yerdən bir az yuxarı gecə yaxud şəfəq vaxtı spiral tor hörür, toru hörməsi təxminən bir saat çəkir. Torun ortasında nəzərə çarpan zigzaqlı, stabilimentum və ya tor dekorasiyası adlanan şəkil var. Bunun funksiyası qeyri-müəyyən olsa da həşəratların cəlb edilməsi üçün olduğu düşünülür.

Tora hər hansı həşərat ilişdikdə Argiope bruennichi tez onu hərəkətsiz hala gələnə kimi tora sarar. Sonra hörümçək ovunu sancaraq iflic edici zəhər və zülal həll edən ferment injeksiya edər.

Seksual dimorfizm[redaktə | mənbəni redaktə et]

Argiope bruennichinin dişisi və erkəyi arasında böyük fərqliliklər vardır. Belə ki, dişinin ortalama bədən uzunluğu 15 mm ikən erkəyin ortalama bədən uzunluğu 4,5 mm-dir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]