Arif Şıxlinski

Şıxlinski Arif Şərif oğlu (26 dekabr 1929, Qazax, Gəncə dairəsi20 iyul 1995, Bakı) — neftçi-geoloq, Azərbaycan SSR əməkdar mühəndisi.

Arif Şıxlinski
Şıxlinski Arif Şərif oğlu
Doğum tarixi
Doğum yeri İkinci Şıxlı, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mükafatları "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1971

Şıxlinski Arif Şərif oğlu 1929-cu il dekabrın 26-da Qazax rayonunun İkinci Şıxlı kəndindən dünyaya gəlmişdir. Orta məktəbi qızıl medalla bitirən Arif Şıxlinski 1947-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1952-ci ildə buranı fərqlənmə diplomu ilə başa vuraraq, təyinatla "Azərneftkəşfiyyat" birliyinin geoloji axtarış trestinin Abşeron-Xəzəryanı geoloji axtarış kontorunun geoloji planalma partiyasına geoloq-iş icraçısı vəzifəsinə göndərilir. Bir ildən sonra geoloji planalma partiyasının rəisi, daha bir ildən sonra isə tematik partiyanın rəisi təyin edilir.

Arif Şıxlinski 1959-cu ildə yenicə təşkil olunmuş "Azərneftkəşfiyyat" trestinin geoloji şöbəsinə rəis, 1962-ci ildə isə trestin rəis müavini – baş geoloq vəzifəsinə irəli çəkir. 1975-85-ci illərdə Cəyirli və Qobustan kəşfiyyat qazma idarələrinin rəisi işləyir.

1985-ci ildə "Azərneft" İstehsalat Birliyinin baş direktor müavini – baş geoloqu vəzifəsinə təyin olunur.

Azərbaycanın quru sahəsindəki bir çox neft və qaz yataqları Arif Şıxlinskinin rəhbərliyi ilə kəşf olunmuşdur. 50-dən artıq elmi əsəri və monoqrafiyası çap olunmuşdur. "Aşağı Kür çökəkliyinin pliosen çöküntülərinin neft-qazlılıq perspektivliyi" monoqrafiyası (1967) neft geologiyası üzrə ən sanballı tədqiqat işlərindən biri sayılır.

Arif Şıxlinskinin həmmmüəllif olduğu "Cənubi Xəzər hövzəsinin neftli-qazlı və perspektiv strukturları" və "Azərbaycanın neftli-qazlı və perspektiv strukturları" atlasları dünyanın 20-dən artıq neft şirkətləri tərəfindən satın alınmış və həmin şirkətlərin bir çoxunun respublikanın neft təsərrüfatına investisiya qoyması üçün zəmin yaratmışdır.

SSRi-nin bir sıra medalları, "Neft sənayesi əlaçısı" döş nişanı ilə təltif olunmuş, 1971-ci ildə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.

1995-ci il iyulun 20-də dünyasını dəyişmişdir.

[1][ölü keçid]